Başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Yusupov Mamur İkromoviçin verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:55 / 09.02.2024
Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə TƏHVİL VERİLDİ
Hazırda oxunan: Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə TƏHVİL VERİLDİ
Hazırda oxunan: Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə TƏHVİL VERİLDİ
177445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.