Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində 5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, patronlar və digər sursatlar aşkar edərək götürüblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bizim.Media