Yazın gəlişindən xəbər verən Xıdır Nəbi bayramı Naxçıvanda daha çox qeyd olunsa da, ölkəmizin digər regionlarında da bu adət qorunub-saxlanılır. Qədimdən qalan bu bayramı hazırda Xaçmaz rayonunun Palıdlı kəndində yaşayan Vəliyevlər ailəsi də özünəməxsus şəkildə keçirib.
Ailənin xanımı Rəna Nəcəfova Bizim.Media-nın yerli bürosuna Xıdır Nəbi bayramını necə keçirmələrindən danışıb.
Onun sözlərinə görə, Naxçıvanda bu bayramı Xızır Peyğəmbərin bayramı da adlandırırlar:
"Adətə görə, qapılara torba atılır, bayram torbası fərqli çərəz və şirniyyatlarla doldurulur. Bayram süfrəsi üçün hazırlanan xonçaya 7 növ çərəzdən - cəviz (qoz), fındıq, badam, noxud, fıstıq, buğda, küncütdən ibarət çərəz və quru meyvə qoyulur, qovurğa qovrulur.
Hətta qovrulmuş qovurğadan həyətə də səpilir ki, payızda gedən köçəri quşların geri qayıdışı tezləşsin, bu bir xalq inancıdır. Süfrənin əsas bəzəyi isə göyərtili və albuxaralı milli Naxçıvan aşı olur."
Rəna Nəcəfova onu da vurğulayıb ki, Xıdır Nəbi bayramı kiçik çilənin ortasında - Novruza 6 həftə qalmış keçirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 09.02.2024
Unudulmaqda olan qədim BAYRAMIMIZ – Xıdır Nəbi Xaçmazda necə qeyd olunur? – FOTO
Hazırda oxunan: Unudulmaqda olan qədim BAYRAMIMIZ – Xıdır Nəbi Xaçmazda necə qeyd olunur? – FOTO
Hazırda oxunan: Unudulmaqda olan qədim BAYRAMIMIZ – Xıdır Nəbi Xaçmazda necə qeyd olunur? – FOTO
177381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.