Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları uyğunluq sertifikatı olan telekommunikasiya vasitələri və qurğularından istifadə etməyə çağırır. İKTA bəyan edir ki, uyğunluq sertifikatı olmayan avadanlıqlardan istifadə edilməsi ölkənin iqtisadi maraqlarına zidd olmaqla yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına, bazara keyfiyyətli telekommunikasiya vasitələrinin və qurğularının daxil olmasına mane olur.
Bizim.Media xəbər verir ki, İKTA xüsusilə bazara gətirilən sertifikatı olmayan “Wi-Fi” qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürdüyünü bildirir:
“Bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır.
Tənzimləyici qurum son zamanlar vətəndaşlardan ölkə daxilində uyğunluq sertifikatı olmayan avadanlıqların satışı və bu istiqamətdə şikayətlərin artmasından da narahatdır”.
“İKTA vətəndaşları istifadə etdikləri avadanlıqların sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələlərdə daha diqqətli olmağa və sertifikatı olmayan telekommunikasiya vasitələri və qurğuları ilə bağlı aidiyyəti üzrə tənzimləyici quruma (tel.: +99412 498-11-22; e-poçt: [email protected]) məlumat verməyə çağırır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir”, - deyə bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 09.02.2024
Əhaliyə XƏBƏRDARLIQ: Bu “Wi-Fi” qurğularından istifadə ETMƏYİN
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: Bu “Wi-Fi” qurğularından istifadə ETMƏYİN
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: Bu “Wi-Fi” qurğularından istifadə ETMƏYİN
177371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.