Sumqayıtda kütləvi zəhərlənmə, 4 nəfərin vəziyyəti orta ağırdır - YENİLƏNİB

Hazırda oxunan: Sumqayıtda kütləvi zəhərlənmə, 4 nəfərin vəziyyəti orta ağırdır - YENİLƏNİB

177308

Fevralın 8-də saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Məlumata görə, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

*** 21:27

Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.

Bizim.Media report-a istinadən xəbər verir ki, müəsisədə işləyən 4 qadın - Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı, Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin