Xurşidbanu Natəvanın kəbinini kəsmiş bu azman kişinin törəmələri Qarabağı azad etmək eşqi ilə yaşayır...xa0
...Milli Məclisin deputatı Flora Qasımova ilə bu dəfəki söhbətimiz də bizləri bir daha 25-ci ildir ki, işğalçı daşnakların tapdağı altında inləyən Şuşanın, Laçının misilsiz ucalıq və gözəlliklə dolu dağlarına, bumbuz bulaqlı, bülbül cəh-cəhli meşə və çəmənlərinə aparıb çıxardı. Kimləri və nələri itirdiyimizi xatırladıq. Məzarları dağıdılmış ata-babalarımızı, köhnə kişiləri andıq... Söhbətimizin çox hissəsini müdrikliyi, zəkası, ağlı, elmi ilə Qarabağ ellərinin keşiyində durmuş o nəhəng köhnə kişilərdən biri -Flora xanımın ulu babası Hacı Axund Molla Şükür Məhərrəmzadəyə həsr etdik, onun haqqında deyilənlərdən, yazılanlardan danışdıq... xa0
Dəyərli oxucumuz elə düşünə bilər ki, bəhs etdiyimiz şəxsiyyətdən məhz xanım deputatın babası olduğu üçün yazırıq... Məlumunuz olsun ki, Hacı Molla Şükürü hələ XX xa0əsrin əvvəllərində Mir Möhsün Nəvvab, xa0ortalarında Azərbaycanın böyük bir ədibi, 1990-cı illərində isə Əslixan Hüseynoğlu, Vasif Quliyev kimi yazıçılar və s. öz əsərlərində xatırlamışlar...
...Elə bir dövrdəyik ki, “qloballaşma”x9d, “inteqrasiya”x9d adı altında Qərb sivilizasiyası bütün müsbət-mənfi cəhətləri ilə üzərimizə gəlir. Dövlət və ziyalılarımız müəyyən tədbirlər görə bilsələr də, bu basqı hiss olunmaqda, dini, milli-mənəvi dəyərlərimiz təhlükə altında qalmaqdadır. Əslində bu dəyərlər ta qədimdən - gözəgəlimli Vətənimiz əcnəbi imperiyaların savaş meydanına çevrilən dövrlərdən hədəfə çevrilib. Ancaq neçə-neçə düşmən güclərin əhatəsində torpaqlarımızı bacardıqları qədər qorumuş babalarımız xa0yolunu tutduqları Allahın yardımı ilə mənəviyyatımızı, mədəniyyətimizi də mühafizə etməyi bacarıblar. İnşallah, bu gün də bacaracağıq. Amma bir şərtlə ki, dünənki mühafizləri ”“ o köhnə kişiləri unutmayaq. Bu gün türk, müsəlman kişiliyinə daban-dabana zidd məxluqların "demokratiya" şüarı altında meydan sulamasına yol vermək olmaz. Bunun üçün də keçmişimizlə daha dərindən maraqlanmalı, tarixə dönmüş və ya bu gün də yaşayan əsl Azərbaycan xarakterli kişilərimizi nümunə kimi təbliğ etməli, unudulanları, kölgədə qalanları tanıtmalıyıq”¦

xa0Laçının Ağanus kəndindən Bağdada qaçan oğlan...
Uca dağ yamacının çətin yolları ilə əlində kiçik bağlama 12-13 yaşlarında bir oğlan sürətlə addımlayırdı. Arabir arxaya baxan uşaq sanki kimdənsə qaçırdı. Onu tələsdirən haram bir həvəs yox, elm öyrənmək arzusu idi. Mollaxanada ilk təhsil almışdı. Amma anası ilə birgə atasına nə qədər yalvarsa da, ona təhsilini davam etdirməyə icazə vermirdi. Bu səbəbdən də o, anasının xəlvət ona verdiyi qızıl pulları da götürüb evdən qaçmağa qərar vermişdi. Bu qaynar coşqu onu Şərq və İslam elmlərinin baş ocaqlarından olan Bağdada gətirib çıxardı. Onda hələ XIX əsrin əvvəlləri idi. Və heç kəs bilmirdi ki, illər sonra bu “qaçaq”x9d oğlan böyük bir elin ağsaqqalına çevriləcək, neçə yolu azmışlara yol göstərəcək, neçə kimsəsizə arxa, neçə xəstəyə şəfa olacaqdı... O günlərdə hələ bu oğlana adi bir kəndçi balası kimi baxan atasının, həmkəndlilərinin ağlına belə gəlməzdi ki, bu sadə geyimli uşaq bir vaxtlar zəkası, elmi və əməlləri ilə öz xalqının dəyərlərini qoruyaraq gələcəyə ötürən böyük bir xəzinəyə bənzəyəcək...
İlyas Əfəndiyev onun adını roman və hekayələrində anmışdı...
“...Şuşa qalasının cənub tərəfində Cıdır düzünə açılan böyük dəmir darvazanın ardında gur qollu-budaqlı uca bir qoz ağacı vardı. Bu qoz ağacından o tərəfə Hacı Axund Molla Şükürün geniş bağı başlayırdı. Bu bağda dünyanın ən gözəl qızılgülləri, sənubərləri, Xan qızı Natəvanın tərənnüm etdiyi qərənfillər, uca alma, armud, gilas ağacları bitmişdi... Bu ağacların hər birinin çiçəkləri də meyvələrinə görə bir cür ətir saçır, bir cür rəngə çalırdı... Bahar vaxtı bağa girəndə bu çiçəklər ətrinin simfoniyası adamı bihuş edirdi. Bağ sanki yer üzündə yaradılan cənnətə dönürdü. Lakin bu cənnəti Allahlıq iddiasında olan və yer üzündə özü cənnət yaratmaq istəyən Misir fironunun əmri ilə qullar yaratmamışdı. Yer üzündəki bu cənnət bağını Şuşa qalasındakı “Təzə pir”x9d məscidinin baş ruhanisi Hacı Axund Molla Şükür öz əli ilə əkib becərmişdi.

Bağın ortasında altı-yeddi otaqdan ibarət kürsülü bir ev, evin yanında mətbəx, mətbəxin yanında qədim təndirxana vardı. Hacı Axund Molla Şükür bunların hamısını öz səliqəsi ilə tikdirmişdi. Böyük zal onun kitabxanası və qəbul otağı idi. Ağır-ağır cildlərdə ərəb, fars, türk dillərində kitablar divarlar boyu üst-üstə yığılmışdı. Yerə xalı, gəbə döşənmişdi. Üç pəncərə bağçaya baxırdı...”x9d
Görkəmli yazıçımız İlyas Əfəndiyevin “Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?”x9d hekayəsinin başlandığı bu cümlələr bayaq kənddən qaçışını təsvir etdiyimiz o oğlan uşağının artıq böyük yaşlarında tutduğu mövqenin, gördüyü işlərin qısa bir təsviridir... Qeyd edək ki, İlyas Əfəndiyev “Geriyə baxma, qoca!”x9d adlı məşhur romanında da Hacı Axund Molla Şükürü anmışdır. Hacının həyat yoldaşı Bəyaz xanım məşhur yazıçımızın anasının xalası olub...
1850-ci illərdən Şuşa şəhərinin axundu təyin olunur...

Hacı Axund Molla Şükür 1820, yaxud 1821-ci ildə Şuşadan təxminən 40 km məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il Bağdad və Bağdad və Nəcəf şəhərlərində İslam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında Vətənə döndükdən sonra o vaxtkı Zaqafqaziya şeyxülislamı bu boy-buxunlu, bilikli və dərrakəli cavanı Şuşa şəhərinin axundu təyin etmişdi. O da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı...
Haram iş görənləri tanıyan övliya...
Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün “Geriyə bax, qoca!..”x9d adlı romanında yazır: "...Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış... Bir dəfə Şuşada dövlətli bir adamın evini yarmış, başqa şeylərlə bərabər zənən xa0pal-paltarı da aparmışdılar. Amma şeyləri oğurlanmış adam arvadının pal-paltarının aparılması barədə heç kəsə heç nə deməyibmiş. Oğrunu tapmaq üçün nə qədər pul vəd eləsə də, bir nəticə olmur... Hadisədən xeyli keçmiş bir gün Şuşa camaatı Hacı Molla Şükürün ziyarətinə gəlibmiş. Hacı böyük zala toplaşmış şuşalıların arasında bir nəfərə üz tutaraq uca, zəhmli səslə deyir: “Çıx bayıra, məlun! Filankəsin evini yaran, şeylərini, qadın paltarını aparan sənsən! Murdarlama mənim evimi!”x9d. Oradakıların hamısı yerində quruyub qalır. Həmin şəxs Hacının ayaqlarına döşənib ağlayır. Tövbə edərək o gündən oğurluqdan əl çəkəcəyi barədə Qurana and içir. Sonra da apardığı şeylərin hamısını sahibinə qaytarır...”x9d

Kasıbın haqqını varlının ayağına verməyən din xadimi...
O dövrün əksər kişiləri kimi, Hacı Molla Şükür də harama, oğurluğa, başqasının qadınına yad nəzərlərlə baxmağa qarşı çox amansız imiş. Allahı, Quranı, halallığı hər şeydən uca tutaraq bu yolda o dövrün ən zalım, ən zəngin varlılarından, çar məmurlarından belə çəkinməz, yeri gələndə onlara qarşı da mübarizə apararmış...xa0
Xan qızı Natəvanın kəbinini kəsməyə yalnız o, cəsarət etdi...
Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan birinci əri Xasay xan Usmiyevdən ayrıldıqdan sonra Qarabağla yanaşı, Gəncəbasarın, Şirvanın əsilzadələri, hətta İran şahzadəsi Bəhmən Mirzə də xan nəsli ilə qohum olmaq məqsədilə ona elçi düşərək, hər vasitəyə əl atırdılar. Bu təzyiqlərdən yaxa qurtarmaq üçün Natəvan sadə, yoxsul bir adama - papaqçı Seyid Hüseynə ərə getmək qərarına gəlir. Ancaq Xan Qızının pərəstişkarlarından qorxan din xadimlərindən heç biri onun kəbinini kəsməyə hünər etmir. Bu işə yalnız Hacı Molla Şükürün cəsarəti çatır...
Erməni təcavuzünə qarşı əlində silah döyüşən axund...
Qəhrəmanımız erməni terroruna, təcavüzünə qarşı mübarizədə də fəal iştirak etmişdir. Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”x9d kitabında yazır ki, Hacı Axundun başçılıq etdiyi dəstə Qarabağ xanı İbrahim xanın qızı mərhumə Gövhər ağanın evinin ətrafındakı səngərlərdən birində mövqe tutub ermənilərə qarşı döyüşürdü...
“Bu təzə hökumətin 70 il ömrü var...”x9d
Hacı Molla Şükür, eyni zamanda, rus imperiyasının İslami, milli dəyərlərimizi məhv etməyə yönəlmiş tədbirləri ilə də barışmırdı. Bu basqılar xüsusən sovet hakimiyyəti dövründə, artıq Hacının yaşı yüzü haqlayan vaxtlarda daha da güclənmişdi. Hacı ilk dövrlərində Allahı kəskin şəkildə danan, hətta “Allahsızlar İttifaqı”x9d yaradan bolşevik hakimiyyətinə dərin nifrət bəsləyərmiş. Bəlkə də el arasındakı böyük nüfuzundan qorxmasaydılar, kommunistlər qoca olmağına baxmadan Hacı Molla Şükürü də sürgün edər, güllələyərmişlər...

Əslixan Hüseynoğlunun kitabında oxuyuruq: “Bağırbəylinin (Qarabağda tanınmış tayfalardandır - S.L) dünyanın hər üzünü görmüş kişilərindən biri olan Əbdüləli bəyin(bu sətirlərin müəllifinin babasıdır-S.L.) nə vaxt Şuşaya yolu düşsə, gedib Hacı Axundla görüşər, onun evində gecələyərmiş. O, sonralar, hələ sovet hökumətinin dünyaya meydan oxuduğu 60-65-ci illərdə uzun zamandan bəri ürəyində bir sirr kimi saxladığını təklikdə nəvəsi Ağayar müəllimə açıb danışarmış: “Bala, Hajı əmi deyirdi ki, bu təzə hökumətin 70 il ömrü var, sən buna o qədər də bel bağlama...”x9dxa0
Uşaqlıqdan atamın dediyi bu cümlələr də daim qulağımdadır:”x9dSovet hökuməti qurulduqdan sonra babamız Əbdüləli bəy bir gün Hacı Molla Şükürü ziyarətə gedir. Bolşeviklərin xalqa etdiyi zülmlərdən, təbliğ etdiyi yalanlardan sanki havalanmış Hacı Əbdüləli bəyə belə söyləyib:”x9dBu məlunlar deyir ki, Allah yoxdur. Bunlara bir cavab verən yoxdu ki, bəs Allah yoxdursa, bu günəşi, ayı xa0kim çıxarıb-batırır...”x9dxa0
Hacı Molla Şükür öz öləcəyi günü də öncədən təsvir etmişdi. Yaxınlarına deyib ki, mən ölən gün bir ağ yağış yağacaq. Elə də olmuşdu. Rəhmətlik məzarını əvvəldən evinin həyətindəcə özü xa0hazırlatmışdı... xa0
Onu da deyim ki, xa0sovet hökuməti Hacı Molla Şükürlə çox yaxın olmuş ulu babama da ağır zərbələr vurmuşdu. Bütün var-dövləti, torpaqları əlindən alınmışdı. Odur ki, ölümündən əvvəl atama vəsiyyət etmişdi ki, oğul, Hacının sözü yerinə yetəndə -şura hökuməti dağılanda qəbrimin üstünə gəlib deyərsiz. 1992-ci ilin yanvarında Ağanus kəndində babamın məzarının başına gedib SSRİ-nin dağıldığını ona “çatdırdım”x9d və hər iki köhnə kişiyə rəhmət oxudum...
Hacı Molla Şükürün ailəsi, nəsli də repressiyaya məruz qalır...
Amma sovet hökuməti yıxılana qədər çox acılar yaşadı bu nəsillər. Ölümündən sonra Hacı Molla Şükürün xa0ailəsi, bütün əzizləri repressiyaya, təzyiqlərə məruz qaldı. Yaxınları onun bir çox əlyazmalarını yandırmağa məcbur olmuşlar... Oğullarından biri, Gorus qəzasının rəisi işləmiş, Müsavatın fəallarından olmuş Mirzə Məhəmməd 1937-ci ildə həbsə alınaraq sürgün edilir və birdaha geri dönmür... İlyas Əfəndiyev bayaq xatırlatdığımız “Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?”x9d hekayəsində Mirzə Məhəmmədin uşaqlıqda Hacı Molla Şükürün bağında birlikdə oynadıqları qızı Səriyyənin(Flora Qasımovanın xalası) sonrakı acınacaqlı taleyini də yanıqlı notlarla təsvir edir...xa0
Ancaq bütün zülmlərə baxmayaraq, bu köhnə kişinin nəsli bu günədək duruş gətirərək, milli dəyərlərimizin mühafizi kimi yaşayır... Hacı Molla Şükürün xa0nəticələrindən biri məhz həmsöhbətimiz -oğlu Mirzə Məhəmmədin nəvəsi Flora xanım Qasımovadır. xa0Digər nətucə - uzun müddət maarif sahəsində çalışmış filoloq-müəllim, yazıçı publisist Əslixan Hüseynoğludur. O, köhnə kişilərin xarakterik xüsusiyyətlərini, el-obamızın adət-ənənələrini yaddaşlarda bərkidən əsərlər yazır. xa0
Hacı Molla Şükürlə eyni nəsildən xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və tərəqqisi üçün öz töhfələrini verən adlarını çəkmədiyimiz digər şəxsiyyətlər: müəllimlər, alimlər, şirkət rəhbərləri, dövlət məmurları da vardır. ...

Hacı Molla Şükürün qiymətli əlyazmaları tapılıb...
Onu da qeyd edək ki, Flora xanım Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşıdır. Bu yaxınlarda Flora xanım Hacı Axund Molla Şükürün Əlyazmalar İnstitutunda saxlanılan əski əlifbada əlyazmalarını tapmış və onların müasir Azərbaycan türkcəsinə tərcümə edilərək, latın qrafikasında çap edilməsi üçün təşəbbüs qaldırmışdır. Müxtəlif dini bilgilərdən, göy cisimləri ilə Quran əlifbası arasında əlaqələrdən və s. bəhs edən həmin əlyazmalar yalnız bir nəslin yox, bütövlükdə xalqımızın sərvətidir... Növbəti yazılarımızdan birində bu əsərlər haqda ətraflı bəhs edəcəyik, inşallah...
Söhbətmizin sonunda Flora Qasımova son vaxtlar xa0əldə etdiyi iki nadir fotonu da bizə təqdim etdi. Onlardan birində rəhmətlik Hacı Molla Şükürün məzarı və yanında dayanmış nəvəsi ”“ Flora xanımın xalası Səriyyə təsvir edilib. Bu, öncə haqqında bəhs etdiyimiz İlyas Əfəndiyevin məlum hekayəsində öz uşaqlıq dostu kimi obrazını yaratdığı həmin Səriyyədir... Digər fotoda isə Hacının evidir...
Sovet hökuməti Hacı Molla Şükürün evini yataqxanaya, ermənilər isə xarabalığa çevirdi...
İlyas Əfəndiyevin təsvir etdiyi Hacı Molla Şükürün evi sovet dövründə Kənd Təsərrüfatı Texnikumunun yataqxanasına çevrilmiş və onun cənnət bağından əsər-əlamət qalmamışdı. Amma Qarabağın, o cümlədən, bu nəslin genefonduna ən ağır zərbə onda dəydi ki, Hacının doğma kəndi Ağanus da, məzarının olduğu Şuşa da ermənilərin əlinə keçdi... Əldə etdiyimiz son məlumatlara görə Hacı Molla Şükürün Cıdır Düzü yaxınlığındakı evi və məzarı erməni vandalları tərəfindən tamamilə dağıdılmışdır...xa0
Amma gec-tez otlar kökləri üstündə göyərəcək...
Qarabağın azadlığına gedən yolumuz həm də soykökümüzün, dəyərlərimizin daşıyıcısı olmuş köhnə kişilərin kökünü, nəslini qorumaqdan keçir. Gec-tez otlar kökləri üstündə göyərəcək və nankorlardan təmizlənmiş Şuşada o kişilərin nəticə-kötücələrinin əli ilə yeni cənnət bağları salınacaq...
xa0Sultan Laçın
































































































