Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri günü bir sıra sosial şəbəkələrdə səsvermə ilə bağlı manipulyativ xarakterli informasiya videoları yayılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, məqsədli şəkildə hazırlanmış bu videolar ictimai rəyi çaşdırmağa hesablanıb.
BBC-nin Azərbaycan xidməti də bütün reportajlarında seçkilərə yalnız neqativ fon verməyə çalışması azmış kimi, öz ofisində repartyorlarının iştirakı ilə təşkil etdiyi “müzakirə”də də bu kursunu davam etdirib.
Belə ki, seçkilər başa çatmamış BBC artıq seçkinin bitdiyini titrində göstərməklə müxbirlərinin təəssüratlarını paylaşıb və səsvermənin nəticələrini neqativ planda təqdim etməyə çalışıb. Lakin BBC-nin “newsmaker”ləri çəkdikləri materialda dəfələrlə kameraya düşən, öz ofislərinin divarından asılmış saatı yaddan çıxarıblar. Saat isə 14:10-u göstərir, yəni hələ səsvermənin getdiyi, MSK-nın və hatta “exit poll”un belə nəticələrini açıqlamadığı halda BBC artıq səsvermənin nəticələrini müzakirəyə çıxarır.
“BBC News Azərbaycanca” informasiya manipulyasiyasi ilə məşğul olur. Bu, media etikasi ilə, BBC-nin bütün dünyaya nümunə göstərdiyi öz peşə davranış qaydaları ilə birbaşa ziddiyyət təşkil etməklə yanaşı, Azərbaycana qarşı əvvəlcədən verilmiş təlimatlarla qərəzli kampaniya aparmasının göstəricisidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:57 / 08.02.2024
“BBC News Azərbaycanca” seçkini neqativ planda təqdim etməyə çalışıb
Hazırda oxunan: “BBC News Azərbaycanca” seçkini neqativ planda təqdim etməyə çalışıb
Hazırda oxunan: “BBC News Azərbaycanca” seçkini neqativ planda təqdim etməyə çalışıb
177236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.