Xankəndi – Bakı marafonu keçiriləcək - İLK DƏFƏ

Hazırda oxunan: Xankəndi – Bakı marafonu keçiriləcək - İLK DƏFƏ

177214

İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək

Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 360 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.

Nazirliyin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.
Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 kilometr), Yevlax - Ucar (84 kilometr), Ucar - Hacıqabul (88 kilometr), Hacıqabul - Qobustan (70 kilometr) və Qobustan - Bakı (55 kilometr) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin