Erməni deputatlar cinsini dəyişir? – Parlamentdə GÜLÜNC MÜZAKİRƏ – VİDEO 

Hazırda oxunan: Erməni deputatlar cinsini dəyişir? – Parlamentdə GÜLÜNC MÜZAKİRƏ – VİDEO 

177194

Ermənistan siyasi yox, həm də fizioloji oriyentasiyasını dəyişir. Görünür ermənilər fransızsayağı hərəkətlərdən bezib. Çünki, fransızlar ermənilərə ancaq vəd verirlər. Şirin vədlə də qarın doymur. Ona görə də Ermənistanın siyasi dairələri Amsterdam dəyərlərini sahiblənmək istəyirlər. Ermənilər ümid edir ki, bəlkə bu yolla nəsə qazanalar.
Məsələ o qədər ciddiləşib ki, bu məsələ Ermənistan parlamentinin müzakirəsinə çıxarılıb. 

Bizim.Media “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hazırda Ermənistan parlamentinin gündəliyinə məişət zorakılığı ilə bağlı sensasion qanun layihəsi çıxarılıb. 

Qanunvericilik təşəbbüsü də hakim partiyadan gəlib. Müzakirələr zamanı isə maraqlı dialoq yaşanıb.

Parlamentin plenar iclasında iqtitar partiyasının təmsilçisi, layihənin təqdimatçısı Hasmik Akopyan qanun layihəsinə etiraz edən müxalifət partiyasının nümayəndəsi Qegam Nazaryana müraciətdə deyib ki:

“Siz bilmirsiniz ki, sizin fraksiyanızda kimin hansı oriyentasiyası var? Heç olmasa yanınızda əyləşən deputatların oriyentasiyasını öyrənin”.

Hasmik Akopyanın replikası zaldakıların gülüşünə səbəb olub. İqtidar təmsilçisi isə burada gülməli bir şeyin olmadığını deyib:

“Bu gülməli deyil. Qətiyyən gülməli deyil”. 

Akopyanın qətiyyəti zaldakıların alqışlarına səbəb olub. Bunun cavabında deputat Xaçatryan bildirib ki, siz deyən məsələni biz fraksiyamızda müzakirə etməmişik.

Erməni deputat təkidlə bildirib ki, müzakirə etmək lazım idi:

“Cənab Xaçatryan biz doğrudan da sizin fraksiyanın hansı oriyentasiyaya sahib olduğunu bilmirik. Buradan zorakılığı təbliğ edən mesajlar göndərmək lazım deyil. O cümlədən də vətəndaşların qeyri-ənənəvi seksual oriyentasiyasından danışmaq yersizdir. Siz yəqin ki, divara “rəng çəkən” deputatlardansınız”.

Müxalifətçi deputat Qeqam Nazaryan çıxışı edərək bunları bildirib: 

“Tədricən dəyərlərinə və millətimizə yad olanları öz himayəmizə götürürük. Bu, artıq ailəni qorumaq deyil. Bu burada demək istəmədiyim başqa şeydir. Axı, öz dəyərlərimizə görə biz Kaliforniya və yaxud Amsterdam deyilik”.

Göründüyü kimi Ermənistanda bu gün insanların oriyentasiyası daha çox maraq kəsb edir. Ona görə də bu məsələ qanunverici orqanın müzakirəsinə çıxarılıb. Yəqin ki, rəsmi İrəvan yaxın günlərdə hansı oriyentasiyanın seçəcəkləri barədə qəti qərar verəcək. Bu qərar yəqin ki, ilk növbədə rəsmi Parisi üzəcək. Çünki, Yelisey sarayındakılar ermənilərlə fransızsayağı ünsiyyətdən çox məmnun idi. İndi Paşinyan iqtidarı birdən-birə “Holland sindromu”na girmək istəyirlər. Deyəsən, ermənilər üçün “Baden-badenin mavi gecələri” daha cəlb edicidir. 

Nə deyək, xeyirli, uğurlu olsun...
 


Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin