“KamAZ”ı qaçırıb satmaq istədi - POLİS TUTDU

Hazırda oxunan: “KamAZ”ı qaçırıb satmaq istədi - POLİS TUTDU

177186

Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb.

Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş Urfan Əhmədovu müəyyən edərək saxlayıblar.
E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı avtomobili qaçırması da müəyyən olunub və həmin avtomobil polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.

Faktla əlaqədar araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin