“BBC Azərbaycanca” manipulyativ VİDEO YAYIB

Hazırda oxunan: “BBC Azərbaycanca” manipulyativ VİDEO YAYIB

177087

“BBC Azərbaycanca” “Seçkilərdə “minbaşı”: “Görmürsünüz, hamı keçib salam verir” başlıqlı video paylaşıb. Məlumatda qeyd olunur ki, “BBC Azərbaycanca”nın əməkdaşı 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə səsverməni izləyib.

Bizim Media xəbər verir ki, Faktyoxla Lab. “BBC Azərbaycanca”nın seçki məntəqəsindən hazırladığı videonu araşdırıb.

Əvvəla, “BBC Azərbaycanca”nın hazırladığı bu material açıq-aşkar qanun pozuntusu ilə müşaiət olunub. Belə ki, video-süjet boyunca həmsöhbətin çəkiliş getməsindən xəbərsiz olduğu açıq sezilir. Gizli çəkiliş isə şəxsin konstitusion hüquqlarının pozulması və şəxsi həyatına müdaxilə sayılır.

İkincisi, “BBC Azərbaycanca”nın bu reportajı informasiya manipulyasiyasıdır. “BBC Azərbaycanca”nın müxbiri səmimi ortam yaradaraq, yönləndirci suallarla həmsöhbətindən neqativ məlumat “qoparmağa” çalışır. Amma müxbirin bu niyyəti baş tutmur, səmimi cavablar verən qadın söhbətində neqativ, qanundankənar heç bir fikir səsləndirmir, yalnız “biz insanları seçkiyə gəlməyə təşfiq edirik. Bilirsiniz ki, insanlarımız bir az laqeyiddilər. Çağırırıq ki, gəlsinlər kimə istəyirlər səs versinlər” deyir.

Üçüncüsü, “BBC Azərbaycanca”nın bu reportajı peşəkarlıqdan uzaqdır. Videonun məhz söylənildiyi kimi 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə çəkildiyini təsdiqləyən heç bir təsdiqləyici məlumat, görüntü təqdim olunmur. BBC kimi böyük media qurumunun belə yanaşması nüfuzuna xələl gətirəcək haldır.

Nəticə:

“BBC Azərbaycanca”nın “minbaşı” haqda hazırladığı video-reportaj, jurnalistikanın bir çox prinsiplərinin pozulduğu, müxbirin söhbət etdiyi şəxsin konstitusion hüquqlarının kobud şəkildə pozulması fonunda hazırlanmış, manipulyativ xarakterli, qeyri-peşəkar materialdır.   

Bizim Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin