Seçki bülletenlərinin sayılmasına BAŞLANILDI

Hazırda oxunan: Seçki bülletenlərinin sayılmasına BAŞLANILDI

177062

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bülletenlərin sayılmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib.

Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.

Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin