“Xalqımızı təbrik edirəm. Bu zəfər seçkiləri idi. Ona görə də burada iştirak etdiyimə görə qürurluyam”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında prezidentliyə namizəd Fuad Əliyev bildirib.
“Budəfəki seçkilər azad olunmuş torpaqlarımızda da keçirilir. Xalqımıza, vətəndaşlarımıza uğurlu olsun. Seçki qərargahının məlumatına görə, səsvermə prosesi normal gedir”, - deyə o əlavə edib.
Rövşən Ziya, Bizim.Media