İşğaldan azad olunan Kəlbəcər rayonunda da növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir.
Bizim.Media xəbər verir ki, rayonda 123 saylı Kəlbəcər seçki dairəsinin iki məntəqəsi yaradılıb.
Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yerləşən 63 saylı məntəqədə 603, Kəlbəcər Su-Kanal İdarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 seçici qeydiyyatdadır.
Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici var. Seçkilərin gedişini 28 yerli müşahidəçi izləyir.
Bizim.Media