"Xankəndidə, Şuşada səsvermənin kadrlarına baxanda gözlərim doldu" - Vahid Əziz

Hazırda oxunan: "Xankəndidə, Şuşada səsvermənin kadrlarına baxanda gözlərim doldu" - Vahid Əziz

176965

"60 ilə yaxındır ki, seçkilərdə iştirak edirəm. Həyatımda ilk dəfədir ki, seçki məntəqəsində belə növbə görürəm. Bu o deməkdir ki, seçkilər xalq tərəfindən böyük coşqu ilə qarşılanır".

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq şairi Vahid Əziz deyib.

“İlk dəfədir 30 ildən sonra bütöv Azərbaycan səs verir. Səhər efirdə görəndə ki, Xankəndidə, Şuşada səsvermə başlayıb gözlərim doldu. Hər bir Azərbaycanlı üçün bundan böyük xoşbəxtlik yoxdur”, - deyə o əlavə edib.
Xalq şairinin sözlərinə görə, yeddi fevral növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində milli bayram kimi qeyd olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin