''Özbaşınalıq sayəsində Bakı paylanıb'' - Fazil Mustafa məmurları ittiham etdi

Hazırda oxunan: ''Özbaşınalıq sayəsində Bakı paylanıb'' - Fazil Mustafa məmurları ittiham etdi

17690

''Bakı bir gecəqondu şəhərinə çevrilib. Vaxtilə məmurların özbaşınalığı sayəsində Bakı paylanıb. Qanunsuz yaşayan vətəndaş məsələsi də bir problemdir''.

Bizim.Media-nın məlumatına görə, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.

Deputatın sözlərinə görə, gecəqondularda rayonlardan gələn insanlar yaşayır:

“Onlar sosial həyat şəraitlərinə görə gəlib burada yaşayırlar. Onlar burada inək-qoyun saxlayırlar.

Ölkədə qurumlararası münasibətlər olduqca acınacaqlı vəziyyətdədir. Bələdiyyənin verdiyi sənədi icra hakimiyyətləri qəbul etmir.

Bir ölkədə ki, bələdiyyənin qərarı keçərli deyil, onda onun fəaliyyətini dayandırmaq lazımdır. Yüzlərlə qanunsuz evlər miras qalıb.

Ona görə də qanunsuz evlərin özəlləşməsi məsələsini həll edək. Həmin şəxslərin öz rayonlarına qayıtması üçün şərait yaratmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin