Nazirlər Kabinetində “Qarabağ Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qərar qəbul edilib.
Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağ Universiteti bu binada fəaliyyət göstərəcək - VİDEO
Qərara əsasən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Bizim.Media