Seçkilərlə bağlı böhtan kampaniyası PLANI – Anar Məmmədli hansı güclərə XİDMƏT EDİR?

Hazırda oxunan: Seçkilərlə bağlı böhtan kampaniyası PLANI – Anar Məmmədli hansı güclərə XİDMƏT EDİR?

176844

Sabah Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçki Azərbaycanın bütün ərazilərində keçirilməsi baxımından tarixi əhəmiyyətə malikdir. Ona görə də xalqımız seçkilərdə iştirak etmək üçün yüksək həvəs nümayiş etdirir.

Lakin seçkini gözdən salmaq üçün hərəkətə keçənlər də var. Onlardan biri də özünü “seçki eksperti” kimi qələmə verən Anar Məmmədlidir.

Anar Məmmədli kimdir?

Bu şəxs əvvəlki seçkilərdə də böhtan, qarayaxma xarakterli hesabatlar hazırlaması ilə gündəmə gəlib. O, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDTM)-ə rəhbərlik edir. Lakin onun fəaliyyətinin əsl məqsədi başqadır. 

A.Məmmədlinin əvvəllər “AXCP” sədri Əli Kərimli ilə yaxın münasibətləri olub. Onun rəhbərlik etdiyi SMDTM keçirdiyi monitorinq və müşahidələrdə “AXCP” gənclər təşkilatının üzvləri iştirak edib.
“SMDTM” 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin “müşahidəsini aparıb” və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara satıb.

SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitutu (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), «German Marşal» fondu və ABŞ səfirliyinin və digər qərəzli institutların dəstəyi ilə həyata keçirilib. 

Təsadüfi deyil ki, Anar Məmmədli ona yaradılan şəraitdən özü də yararlanıb. O, 2020-ci ildə məhz ABŞ donorlarının maddi dəstəyi ilə ABŞ-ın Serakuz Universitetinin Maksvel Məktəbinin İctimai İdarəçilik ixtisası üzrə magistr dərəcəsini bitirib.

Törətdiyi əməllərin cəzası

AR Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən A.Məmmədli barəsində vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, sui-istifadə edərək mütəşəkkil dəstə tərkibində külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq faktı üzrə toplanmış materiallar əsasında 29 oktyabr 2013-cü il tarixdə AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb və o, 5 il 6 ay azadlıqdan məhrum edilib. 

3 il sonra, yəni 17.03.2016-cı il tarixində Anar Məmmədli Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə həbsdən azad edilib. 

Anar Məmmədli məhz 2013-cü ildə keçirilən Prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən həbs olunsa da, azadlığa buraxıldıqdan sonra köhnə fəaliyyətindən əl çəkməyib.

Belə ki, A.Məmmədlinin rəhbərlik etdiyi “SMDTM” tərəfindən Azərbaycanda keçirilmiş 2018-ci il Prezident, 2019-cu il bələdiyə, eləcə də 2020-ci ildə keçirilmiş parlament seçkilərinin “müşahidəsi aparılıb”. Sözügedən təşkilat tərəfindən bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim olunub. 

Anar Məmmədli təxribatlarına davam edir...

Hazırda “SMDTM”in fəaliyyəti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşdirilir.

7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkiləri çərçivəsində Anar Məmmədli yenə də “aktiv iş” həyata keçirməyə çalışır. 

Lakin işlər heç də onun arzuladığı kimi getmir. Anar Məmmədli xarici donorlara əksər dairələrdə iş aparacağını bildirsə də, çox az sayda şəxsi öz toruna sala bilib. Bu da gənclərin artıq Anar Məmmədlinin pul qazanmaq üçün həyata keçirdiyi ucuz şoularının iştirakçısı olmaq istəməməsindən irəli gəlir. 

Müşahidəçi kimi cəlb edilənlər arasında onun azsaylı, manipulyasiya edə biləcəyi şəxslər üstünlük təşkil edir. Anar Məmmədli hər müşahidəçi üçün xarici donorlardan külli miqdarda pul alsa da, istifadə elədiyi gənclərə cüzi məbləğlər ödəyir.
Göründüyü kimi, Anar Məmmədli əvvəlki uğursuzluqlarından dərs çıxarmayaraq, yenə də təxribatlarına davam edir. Bu seçkilər də onun üçün növbəti avantüra və qrant yemək fürsətidir. Əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi, indi də onun qurduğu planlar uğursuzluğa düçar olacaq.

Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin