1 avqust 2020-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İmişli Rayon Prokurorluğundan Bizim.Media-
Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.10 (təkrarən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:04 / 13.04.2021
Bir nəfəri öldürdü, sonra ətarfındakıların hamısına xəsarət yetirdi - İmişlidə CİNAYƏT
Hazırda oxunan: Bir nəfəri öldürdü, sonra ətarfındakıların hamısına xəsarət yetirdi - İmişlidə CİNAYƏT
Hazırda oxunan: Bir nəfəri öldürdü, sonra ətarfındakıların hamısına xəsarət yetirdi - İmişlidə CİNAYƏT
17684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.