Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirildi

Hazırda oxunan: Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirildi

176839

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Xidmətindən bildirilib. 

Hərraca çıxarılan “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1 275 manat olsa da, son təklif 7 800 manata yüksəlib. İlkin qiyməti 6 750 manat olan “Mercedes Benz Vito” avtomobili isə 9 500 manata özəlləşdirilib.

Satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə clck.ru/38afiC linki vasitəsilə tanış olmaq olar. 

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, 4 səhmdar cəmiyyətinin səhm paketi və 1 kiçik dövlət müəssisəsi çıxarılacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin