Qubanın Xınalıq kənd sakinləri bu gün müşahidə olunan havanı ekstemal adlandırırlar.
Kənddəki internat məktəbinin müəllimi Səxavət Sultanov Bizim.Media-ya bildirib ki, güclü külək çovğunlu qarın yağması ilə müşahidə edilir.
Qar küləklə birgə yağır, sanki bu səbəbdən yerdə qalmır və daldanacaqda yığılır.
Onun sözlərinə görə, hazırda Xınalıqda "Buz" hekayəsindəki kimi, soyuq üzü bıçaq kimi kəsir.
Sakinlər belə ekstremal havanın nadir hallarda müşahidə edildiyini deyirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu