Partlayış baş verən qazanxana “Azəristiliktəchizat”ın balansında imiş - AÇIQLAMA 

Hazırda oxunan: Partlayış baş verən qazanxana “Azəristiliktəchizat”ın balansında imiş - AÇIQLAMA 

176791

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda “İnşaatçılar” prospektində yerləşən yaşayış binasının qazanxanasında partlayış baş verib. Sözügedən qazanxana “Azəristiliktəchizat” ASC-nin balansındadır. Hadisə nəticəsində ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr üzrə xidmətinin rəhbəri Elvin Basqallı “demokrat.az”a açıqlamasında bildirdi ki, hazırda hadisənin səbəbləri araşdırılır:  
 

MÖVZU İLƏ BAĞLI:

Yasamalda qazanxana partladı: XƏSARƏT ALAN VAR - VİDEO


“Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi hadisə barədə açıqlama verib. Hazırda əsaslı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır. İctimaiyyətə geniş məlumat veriləcək”. 

Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin