İrandakı səfirliyimizə hücum etmiş şəxsə edam hökmü VERİLDİ

Hazırda oxunan: İrandakı səfirliyimizə hücum etmiş şəxsə edam hökmü VERİLDİ

176697

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.

Terror aktını törədən Yasin Hüseynzadə səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunub.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu törədilib.

Terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin