Tərtərdə daha bir mülki şəxs MİNAYA DÜŞDÜ

Hazırda oxunan: Tərtərdə daha bir mülki şəxs MİNAYA DÜŞDÜ

176630

Fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində mina partlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, nəticədə ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.

Bu barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, dünən saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində mina partlayıb. Nəticədə, ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənli Şahin oğlu xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin