Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.
Bu barədə Bizim.Media-ya Mərkəzdən məlumat verilib.
Qeyd edilib ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.
Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si ölüb. Onlardan 6-sı kişi, 1-i qadın olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 05.02.2024
Ötən ay 93 nəfər ZƏHƏRLƏNİB - 7 nəfər ölüb
Hazırda oxunan: Ötən ay 93 nəfər ZƏHƏRLƏNİB - 7 nəfər ölüb
Hazırda oxunan: Ötən ay 93 nəfər ZƏHƏRLƏNİB - 7 nəfər ölüb
176629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.