Balakəndəki yanğının səbəbi MƏLUM OLDU  

Hazırda oxunan: Balakəndəki yanğının səbəbi MƏLUM OLDU  

176606

Ötən gün Balakən rayon Qazma kənd sakininə məxsus mənzil əşyaları ilə birgə yanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi Qazma kənd sakini 67 yaşlı Səlihət Yüzbaşiyeva məxsus evdə baş verib. 

Yanğınla bağlı məlumat daxil olduqdan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Lakin hadisə barədə gec xəbər verildiyindən mənzil tamamilə yanıb. Yanğın hadisəsi baş verən zaman ev sahibləri mənzildə olmayıb. Onlar şəxsi işləri ilə bağlı şəhərdə olublar. Fərdi yaşayış evi tam alovlandıqdan sonra ətrafdakı qonşular hadisədən xəbər tutaraq məlumat veriblər. 
İlkin araşdırmalarla yanğının sobanın tüstü bacasında alovlanmadan baş verdiyi ehtimal edilir. Daha sonra evin damında və mənzillərdə elektrik naqillərində qısaqapanmalar da yanğının alovlanmasına səbəb olub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisənin təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin