Mina partlayışında yaralanan Tərtər sakini əməliyyat olunacaq

Hazırda oxunan: Mina partlayışında yaralanan Tərtər sakini əməliyyat olunacaq

176563

Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bizim.Media xəbər verir ki, Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, yaralıya partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Tərtər sakini minaya düşdü


Xəstə əməliyyata hazırlanır, vəziyyəti ağır qiymətləndirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin