Gədəbəydə baş verən ağır qəzada ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, iki avtomobilin rayonun Slavyanka kəndində toqquşması zamanı 1985-ci il təvəllüdlü Vəliyev Anar Dilqəm oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Gədəbəydə ağır qəza - Bir ölü, 3 yaralı var
Onun qızı, 2009-cü il təvəllüdlü Rəfiqə Vəliyeva, 1996-cı il təvəllüdlü Elməddin Yusibov və 2000-ci il təvəllüdlü Sərxan Telman oğlu Rafikar müxtəlif dərəcəli xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu