Əməkdar artist Aqşin Abdullayev "İlhamla irəliyə" mahnısını təqdim edib.
Bizim.Media xəbər verir ki, mahnının musiqisi Aqşin Abdullayevə, sözləri isə millət vəkili Musa Uruda aiddir. Mahnının təqdimatına təşkilati dəstəyi Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) və Bakı şəhər İcra Hakimiyyəti verib.
Aqşin Abdullayevi Adivo Orkestri müşayiət edib.
Qeyd edək ki, Aqşin Abdullayev bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. Rusiyanın Kruz vilayətində türkdilli xalqlar arasında keçirilən "Vastoçnaya Bazar" mahnı müsabiqəsində 1-ci yerin, Qazaxıstanda "Estara" müsabiqəsində 3-cü yerin, Türkiyədə keçirilən "Man Akteniz" mahnı müsabiqəsində isə 2-ci yerin sahibi olub.
Bizim.Media