Ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir.
Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş məktəb heyətinin ümumi sayı 70 027 nəfər (31,48 faiz) təşkil edir.
MÖVZU İLƏ BAĞLI:
Uşaqlarda COVİD-19 bu əlamətlərlə özünü göstərir - Baş pediatr AÇIQLADI
Ümumi sayın 16 032 nəfəri (30,44 faiz) Bakının, 3 561 nəfəri (60,50 faiz) Sumqayıtın, 2 090 nəfəri Abşeronun (36,40 faiz), 48 344 nəfəri isə (30,57 faiz) regionların payına düşür.
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olummuş məktəb heyətinin ümumi sayı isə 48 285 nəfərdir (55 faiz).
Bakı üzrə 50 yaşdan yuxarı vaksin olunmuş heyətin sayı 11 868 nəfər (57 faiz), Sumqayıt üzrə 1 807 nəfər (70 faiz), Abşeron rayonu üzrə 910 nəfər (64 faiz), regionlar üzrə isə 33 700 nəfər (54 faiz) təşkil edir.
Bizim.Media