Türk soyqırımlarının tarixi-siyasi səbəbləri...

Hazırda oxunan: Türk soyqırımlarının tarixi-siyasi səbəbləri...

176366
(Türklərə qarşı həyata keçirilən 100 illik soyqırımların Xocalı soyqırımı kontekstində təhlili.)xa0

1988-ci ildən başlamış Ermənistan ”“ Azərbaycan müharibəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX esrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.xa0

Azərbaycan mətbuatında və internet saytlarında xa0Xocalı soyqırımı haqqında rəsmi məlumatlar belə əks olunmuşdur.1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. xa0

Şəhərdə qalmış təqribən 2500 nəfər əhaliyə erməni silahlı destələri ve motoatıcı alayın hərbiçileri xa0tərəfindən divan tutulmuşdur. Bu qırğının nəticəsində 613 nəfər helak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər; 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq her iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; xa01275 nəfər əsir götürülmüşdür: 150 nəfər Itkin düşmüşdür. xa0 Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər”¦xa0

Xocalıda Türklərə qarşı həyata keçirilən bu qırğınlar - Xocalı faciəsi əslində XIX-XX əsrlər boyu İran-Anadolu-Azərbaycan coğrafiyalarının hər tərəfində xa0həyata xa0keçirilmişdir ki, biz xa0 bunu xa0Türk soyqırımı adlandırırıq. Əslində Türk dövlətləri içində, Türk coğrafiyasında “Dənizdən dənizə Böyük Ermənistan”x9d qurmaq istəyən xa0Ermənilər tərəfindən xa0Türk soyqırımları həyata keçirilmişdir ki, Xocalı soyqırımı bunlardan yalnız biridir.xa0

Ermənilər Türk torpaqlarını işgal edərək böyük Ermənistan qurmaq planlarını xa0iki xa0ideyadan istifadə etməklə həyata keçirmişlər.xa0

â¦x81 Xristian kimliyi.xa0

Ermənistanın 1919-cu il sentyabrın 12-də ABŞ-da “Ermənistanın Amerikaya çağırışı”x9d adlı ilk dəfə nəşr olunan fəryadına nəzər salaq. İngilis, erməni, fransız və ivrit dillərində yazılmış bu sənəddə oxuyuruq: “...Bizim xaç qardaşlarımız, mütləq məhv olmaq təhlükəsi Ermənistanı yaxalayıb, cənginə alıb. Ermənistan xristian Amerikasına sonuncu yalvarışını göndərir ki, Ermənistanı xilas etsin... Əgər erməni xalqı məhv edilərsə xristian kilsəsi əbədi rüsvay olacaq. Olmazmı ki, bunu dərhal kilsə icmaları təşkilatınızın nəzərinə çatdırasınız və hər bir kişidən, hər bir qadından xahiş edəsiniz ki, ştatların prezidentinə və senatorlarına teleqram göndərib, Ermənistanı xilas etmək üçün zəruri tədbirlər görməyi rica etsinlər... Ermənistan ölür. Amerika sözünü deməlidir...”x9d

Bu hiyləgərcəsinə yazılmış tarixi sənədin üstündən təqribən 100 il ötməsinə baxmayaraq, hələ də müasirdir və elə bil dünən yazılıb. Fransa tarixçisi Pyer Loti yazır. “Ermənilər xristian kimliyindən yetəri qədər faydalandılar və hər kəsi bununla xa0aldatdılar”x9d .

â¦x81Hind-Avropa- Ariya xa0irqi kimliyi.

Paris Sülh konfransına hazırlıq ərəfəsində xa0İttihad və Tərəqqi höküməti tərəfindən Osmanlıda Ermənilərin xəyanətlərini, türklərə qarşı törətdikləri soygunçuluq və qətlləri əks etdirən “Bəyaz Kitab”x9d xa0(Erməni Komitələrinin Amal ve Harakati-i İhtilaliyesi) kitabı çap etdirdi. Erməni Qriqor Çalquşyan bu kitaba cavab olaraq daşnaqlar tərəfindən yüksək qiymətləndiriln xa0“ Qırmızı kitab”x9dı xa0yazdı. Kitabda Türk irqi aşagılanır,onların Hind-avropa kökənli olmadıgı, monqollarla qohum olduqları,bu üzdən aşagı xa0mədəniyyətli bir millət oldugu əsaslandırılır, Hind-Avropa xa0kökənli irqlərin üstünlüyü iddia edilir, bu irqdən olan Ermənilərin Avropa mədəniyyətinin davamı oldugu və qafqazda xa0sivil toplum kimi yalnız ermənilərin dövlət qurma haqqının oldugu xa0əsaslandırılırdı. “Ermənilər ən qədim xalq,ən sülhsevər, ən ali irqlərdən birinin təmsilçiləridir.Şərqi Avropanın əzəmətli şəhəri Konstantinapola gələn ermənilər 1453-cü ildən bu yana acılar içərisindədir.Türk qəfəsə salınası bir vəhşidir”x9d.., “Xristian bir toplum üçün müsəlman boyunduruguna baglı idarəçiliyin təsiri altında qalmaq olduqca təhlükəlidir”x9d, “Türk irəliləməyə niyə bu qədər can atır?”x9d, “Türk ən yaxşı insan irqinin-ermənilər kimi hind-Avropa və ya Ari irqinin bir qolu deyildir.Türk irqlər arasında ikinci ən yaxşıdan-yəhudilər,ərəblər kimi semit irqdən də deyildir.Mogol irqinin bir qolundan gəlir ki,buna görə də qarmaqarışıq düşüncələrin və ən əsası yüksək əxlaqa söykənən dəyərlərin kasadlıgı ilə tanınır.türkün düşüncə səviyyəsinin geriliyi...ən aşagı səviyyəli dinə tapınması onu bu gün ...aşagı səviyyəyə salmışdır. Müsəlman əxlaqsız yaratılış olmaqla.. şəxsiyyət və iradə baxımından daha çox zəifliyi ilə diqqəti cəlb edir.Xristian olan şəxslər ruh yüksəkliyi və iradə baxımından daha çox İsa peygəmbərə məxsus əxlaqa sahibdir....”x9d.xa0

Rusiyanın Qafqazı işgal etməsindən, I dünya müharibəsi zamanı Antanta Dövlətlərinin osmanlı İmperiyasını bölmək məqsədilə Osmanlıya qarşı apardıqları müharibədən, SSRİ-nin qurulması prosesindən istifadə etməklə xa0“Dənizdən Dənizə böyük Ermənistan”x9dın qurulması planını addım- addım həyata keçirmək istəyən ermənilər xa0Anadolu və Azərbaycanın müxtəlif bölgələrində Erməni dövlətlərinin qurulması məqsədilə kütləvi qırğınlar törətmişlər. xa0Etnik təmizləmə və soyqırım həyata keçirilməklə Erməni dövlətinin qurulması planlaşdırılan bölgələr aşağıdakılardır.

1.Cənubi Qafqaz Erməni dövləti ”“Ermənistan
2.Şərqi Anadolu Erməni dövləti.
3.Adana-Çuxurovada qurulan erməni dövləti-Kilikiya
4.Urmiyada xa0cilovluq hərəkatı ilə qurulan -Kiçik Ermənnistan dövləti
5.Bakıda Şaumyanın rəhbərliyi ilə qurulan Sentrokaspi höküməti-Bakı erməni dövlətixa0

Daşnaksütun partiyasının lideri Hovhannes Kaçaznuninin rəhbərliyi dövründə 1919-cu xa0ildə “böyük Ermənistan”x9d ideyasını gerçəkləşdirmək məqsədilə xa0Ermənilər Paris sülh konfransına xa0momerandum teqdim etmişdilər. Momerandumda xa0Qara dənizdən Aralıq dənizinə,Qarabağ dağlarından Ərəb səhralarına qədər xa0olan torpaqlarda qurulmuş Ermənistan dövləti”x9d tələb edilirdi. Həmin Momerandumda
1.Sərhədləri genişləndirilmiş Cənubi Qafqaz respublikası
2.Türkiyənin yeddi vilayəti
3.Kilikiyada dörd sancaqdan ibarət ərazilər Ermənistan əraziləri xa0kimi xa0təqdim olunurdu.

Erməni xa0müəllifi S.Q.Pirumyan “Daşnaki za rubejom”x9d kitabında yazır. “Qara dənizdən Aralıq dənizinə,Qarabağ dağlarından Ərəb səhralarına qədər xa0olan torpaqlrda neçə-neçə milyon türkün və digər erməni olmayan xalqların arasında bircə nəfər erməni yoxsa, ermənistan dövləti yaratmaq kimi başqa gülünc ideya ola bilərmi ?”x9d. xa0Birinci dünya müharibəsi illərində antanta ölkələri Osmanlını bölmək xa0siyasəti yürütdülər. xa0Böyük Britaniya, Fransa, Rusiya xa0dövlətləri Osmanlı imperiyasını bölmək məqsədilə öz aralarında gizli müqavilə baglamışdılar. xa0Bu ölkələrin xarici işlər nazirlri Sayks-Piko-Sazonov xa0yaxın Şərqin cografiyasını bölmüşdülər.Fransa Cənubi Anadolunu, Kayserini, İngiltərə Osmanlının Yaxın şərq(Ərəb torpaqları) ərazilrini, Rusiya İstanbul, Muş və Trabzon arası bütün ərazilri ,İtaliya Antalya, Konya və Egey dənizi sahillərini alacaqdı. Müharibənin sonuna yaxın İtaliyanın iddia etdiyi bu torpaqlar Yunanıstana vəd edildi. Bundan ruhlananYunanıstan 1919-cu ilin 15 mayında İzmiri işgal etmişdi. İngilislr Yaxın Şərqi-Səudiyyə Ərəbistanı, Suriya və İraqı xa0işgal etmək məqsədilə Ərəbləri Osmanlıya qarşı üsyana qaldırdılar.

Adana- Kozan-Cuxurovada qurulan xa0Kilikiya Erməni dövləti.

1918-ci ildə İngiltərə xa0Xarici işlər nazirliyinin planı əsasında Fransa və İngiltərənin işgalı altında olan Adana-Çuxurova xa0və Şimali Suriya bölgəsində xa0Türkiyə və Ərəbistan arasında forpost Erməni dövlətinin qurulması xa0planlaşdırıldı. xa0Bu plana uygun olaraq xa0Amerika, Misir, Suriya Fransadan xa0gələn ermənilər sürətlə bu bölgəyə yerləşdirildilər. Tezliklə bu bölgədə 100 minə yaxın erməni yerləşdi. Lakin ermənilərin sayı az oldugundan xa0burda dövlət qurmaq məqsdilə yerli türklərə qarşı xa0soyqırım və etnik təmizləmə həyata keçirməyə başladılar. 10 min erməni əsgəri fransız hərbi paltarı geyinərək Fransız adı altında Türklərə qarşı soyqırıma başladı. Bu soyqırımda Çuxurova və Adanada qurulmuş “Kamavor”x9d, “Erməni İntiqam Alayı”x9d da erməni əsgərlərinə yardım etdi. Fransız tarixçisi xa0Pyer Loti Fransanın dəstəyi ilə Ermənilərin Türklərə qarşı həyata keçirdiyi bu soyqırımı “mədəni bir xalqa yaraşmayan barbarlıq”x9d adlandırmışdı.xa0

Şərqi Anadoluda qurulan Türkiyə Ermənistanı...

1807-1917-ci illər arasında 5 rus-türk müharibəsinə səhnə olan Qars üç dəfə rus işgalı altına düşmüşdü(1828,1877,1915). 1917-ci ilin fevralında və oktyabrında xa0Rusiyada baş verən inqilablar xa0 xa0birinci dünya müharibəsinin nəticələrini dəyişdi. 3 mart xa01918-ci ildə Brest-Litovsk müqaviləsi ilə Rusiya müharibədən çıxdı. Brest-Litovsk müqaviləsinə əsasən Rusiya xa0işgal etdiyi Şərqi Anadolu vilayətlərini tərk edib Türkiyəyə geri verməli idi. Şərqi Anadolunu tərk edən xa0Rus Orduları geri dönərkən bütün silahlarını xa0Türkiyəyə qarşı vuruşan ermənilərə xa0təhvil verdilər. Ermənilər bu silahlarla Şərqi Anadoluda və cənubi Qafqazda Türklərə qarşı soyqırıma başladılar. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi və Brest-Litovsk müqaviləsinin şərtlərinə əsasən Rus qoşunları Şərqi Anadolunu tərk etsədə Lenin və Milli məsələlər üzrə komissar İ.Stalin Şərqi Anadolunun xa0erməniləşdirilməsi siyasətini dvam etdirdilər. Şərqi Anadoluda etnik demoqrafik xa0status-kvonun ermənilərin xeyrinə dəyişdirilməsi (Ermənilərin bu bölgəyə köçürülməsi və yerli türklərin soyqırıma ugradılması) və referondum keçirməklə xa0Şərqi Anadolunun Rus Bolşevik imperiyasına (Ermənistana) birləşdirilməsinə nail olmaq siyasətini yeridirdilər. Bu məqsədlə xa0Şərqi Anadoluda yerli türkləri soyqırıma uğratmaq və 1915-ci ildə köçürülən erməniləri xa0yerli türklərin yerinə köçürməklə xa0burda erməni dövləti qurmağa çalışırdılar. xa0 Rus ordusu geri çəkilsə də Erməni ordusu geri çekilməmişdi və türk ordusu 1918-ci ildə fevralın 12-də Ərzincanı, Ərzurumu erməni işgalından azad etdilər, 5 apreldə Qarsın girişi olan Sarıqamış ermənilərdən təmizləndi, 25 apreldə xa0Qars, Ərdəhan, Batum ermənilərdən təmizlənərək Osmanlıya qatıldı. 1918-ci ilin 11 mayında Batum konfransı oldu. Batum müqaviləsində Ahıska, Axırkələk, Gümrü xa0Osmanlı tərəfindən tələb edilməkdə idi. 4 iyun Batum müqaviləsi ilə İrəvan bölgəsi Ermənilərə güzəştə gedildi bununla Cənubi Qafqazda Azərbaycan, Ermənistan, Gürcüstan xa0və Dagıstan dövlətləri arasında sülh elan olundu.

Bu dövrdə ABŞ və İngiltərə “Vilson prinsiplri”x9d əsasında Osmanlı imperatorlugunun bölünməsi və bu prinsiplr əsasında hansısa böyük dövlətin protektoratı altında xa0Osmanlı torpaqlarında “Müstəqil Ermənistanın yaradılması”x9dplanını dəstəkləyirdilər. Osmanlıda Tələt Paşa höküməti Vilson Prinsiplərini qəbul etmədi və istefa verdi(8 oktyabr 1918-ci il).Onun yerinə keçən Əhməd İzzət Paşa höküməti xa0birinci Dünya müharibəsində Osmanlı dövlətinin məglubiyyətini faktiki olaraq qəbul etdi. 1918-ci ilin 30 oktyabrında Osmanlı dövləti ilə Müttəfiq dövlətlər arasında təslimçi Mudros müqaviləsi baglandı. Bu müqaviləyə görə Osmanlı dövləti öz məglubiyyətinə imza atır və türk torpaqlarının bölünərək bir qisminin ermənilərə bir qisminin isə xa0yunanlara verilməsinə şərait yaradırdı. Bu müqaviləyə görə Osmnlı torpaqları müttəfiq dövlətlərin əlinə keçirdi. Bu müqaviləyə əsasən İranın xa0Şimal-qərbindəi (Güney Azərbaycanın Urmiya bölgəsində Kazım Qarabəkir paşanın qoşunları Ermənilərin qurduqları xa0kiçik Ermənistan dövlətini dağıtmışdı, Osmanlı ordusu Urmiya bölgəsində Yerli əhalini erməni quldur dəstələrindən qorumaqda idi) və Cənubi Qafqazdakı ( Qafqaz Seymində fəaliyyət göstərən Azərbaycan Mili Şurasının rəhbəri M.Ə.Rəsulzadə başqanlıgı ilə Osmanlı Höküməti arasında baglanmış müqaviləyə əsasən xa0Azərbaycana xa0gələn Nuru Paşa rəhbərliyindəki xa0Qafqaz İslam Ordusu xa0türklərə qarşı soyqırım həyata keçirən Erməni quldurlarını dagıtmış, Bakını Ermənilərdən azad etmişdi.) Osmanlı ordusu 1-ci dünya müharibəsindəki sərhədlərə çəkilməyə məcbur edildilər. Mudros müqaviləsini imzalayan dövlətlər Rusiya və Osmanlı dövlətləri arasında baglanmış Brest-litovsk müqaviləsini tanımadıqlarını bildirdilər. Brest Litovsk müqaviləsinə görə Rusiya Şərqi Anadolu bölgəsindən çıxmalı və bu bölgəni Osmanlıya qaytarmalı idi. Lakin Mudros Müqaviləsi əsasında Şərqi Anadolu yenidən Osmanlının nəzarətindən çıxaraq İngilislərin nəzarətinə keçirdi. xa0İngilislər Batumu,Gürcülər Ahıska və Ərdahanı, Ermənilər Qarsı tutmaq məqsədilə hərbi işgallara başladılar. xa0Bu dövrdə 1918-ci ildə xa0Qarsda “Qars Milli Şurası Mərkəzi Ümumisi”x9d adlı məhəlli hökümət qurulmuşdu . 1918-ci il dekabrın 1-də Milli Şura “Cənub ”“Qərbi Qafqaz(Qars) Cümhuriyyəti”x9dni qurdu. Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ərazisinə xa0Qars və Batum Vilayətləri, Ahıska, Axırkələk, Şərur, Naxçıvan, Sürməli , İrəvan quberniyasının cənub ”“şərq bölgələri daxil idi. Cənub-qərbi Qafqaz respublikası Parlamentinin xa0sədri Əsəd Bəy Hacıyev, xa0nazirlər Şurasının sədri ibrahim bəy Cahangirov, hərbi nazir Həsən bəy Cahangirov ,daxili xa0işlər naziri Rza bəy, Xarici işlər naziri Fəxrəddin bəy,maliyyə naziri Məmməd Bəy Sultanov, təhsil naziri Andrianov təyin edildilər.Cənubi ”“qərbi Qafqaz Cümhuriyyətinin 15 minlik ordusu yaradıldı və bu ordu Erməni quldur dəstələrini Şərqi Anadoludan təmizləyəcəkdi. xa0Türkiyə hərbi komandanlığı xa0və xa0Azərbaycan Demokratik Cümhuriyyəti xa0ikinci Azərbaycan cümhuriyyəti olan Cənubi-qərbi Qafqaz cümhuriyyətini dəstəkləyirdi, Lakin Amerika və İngiltərə Vilson müqaviləsi şərtlərindən çıxış edərək Cənub-Qərbi Qafqaz(Qars) cümhuriyyətinin yerində Şərqi Anadolu erməni dövləti qurmaga çalışırdı. Bu məqsədlə 12 aprel 1919-cu ildə Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlamenti ingilis ordusu tərəfindən mühasirəyə alındı və 30 millət vəkili, hökümət üzvləri həbs edilərək Batuma, oradan da Maltaya sürgün edildilər.Qars cumhuriyyətinin süqutundan sonra Erməni Osipyans komandanlıgında Erməni hərbi hissələri Qarsa daxil oldu. İngilislər xa0qatı daşnak milliyətçi Korqanovu Qars vilayətinin qubernatoru təyin etdilər. Qars bölgəsi İngilislər tərəfindən ermənilərə təhvil verildi və ermənilər yerli əhaliyə qarşı soyqırıma başladılar. Sarıqamış xa0faciəsindən sonra xa0Ruslara əsir düşn 1800 türk əsgəri ermənilərin əlinə keçmişdi. Bu əsgərləri bir gecədə qətl etmişdilər. Ermənilər Qars, Gümrü, Kagızman, Ərdəhan, xa0Axırkələk bölgələrində, İrəvan bölgəsində soyqırıma başladı. Şörəyel-Agbaba bölgəsinin (indiki Amasiya) əhalisi, Zarşad, Çıldır bölgəsinin əhalisi, İrəvan vilayətində 30-dan çox kəndin əhalisi bütünlüklə, Qarsın xa0Subatan, Şiştəpə, Düzkənd, Malazbert, Alaca,Təkkli, Hacıxəlil, Kalaköyü, Külverən, İlanlı,Yalçınlar kəndlərinin, Arpaçayı üstündə olan bütün kəndlərin əhalisi kütləvi şəkildə yandırılmış, qətl edilmişdi. Eyni qətliam Axırkələk, İqdır, Agrı bölgələrində xa0də davam etdirildi. Beləliklə xa01878-ci ildən etibarən rus işgalında aclıq və səfalət içində yaşayan şərqi Anadolu ”“Qars bölgəsinin yerli türk-müsəlman əhalisi xa0kütləvi şəkildə ermənilər tərəfindən soyqırıma ugradıldı. xa0Azərbaycan alimi Oktay Hacımusalı “Hocalı 1992”x9d adlı kitabında xa0Şərqi Anadoluda dörd milyon Türkün etnik təmizləmə siysətinin qurbanı olduğunu yazır. xa0XV Ordu Komutanı Kazım Qarabəkir Paşanın Ermənistan Respublikasının Hərbi Komandanlıgına göndərdiyi 21 mart xa01920-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İrəvan xa0quberniyasında və xa0Qarsda Ermənilərin Türklərə qarşı xa0törətdikləri soyqırıma Ərzurumdakı İngilis Nümayəndəliyinin təmsilçisi xa0Ravlinson və Amerikanın generalı Harbort xa0da şahidlik etmişlər. xa023 aprel 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisinin açılması və Milli hökümətin qurulması dönüş nöqtəsi oldu. Ermənilər Türkiyə ərazisində dövlət qurmaq planlarından məhrum oldular. Atatürk öndərliyində xa0Türkiyənin istiqlal mübarizəsi nəticəsində Şərqi Anadoluda erməni dövlətinin qurulması planı iflas oldu. xa0Daşnaksütun Partiyasının lidrlərindən biri Hovhannes Kaçaznuni Daşnaksütun Partiyasının XI Konqresində demişdir. “Türkiyə Ermənistanı deyilən bir şey yoxdur.Bu mövzu Lozannada dəfn edilmişdir”x9d. xa0Lakin ermənilr bu siyasətlərindən əl çəkmədilər.Şərqi Anadoluda erməni dövləti qurmaq məqsədilə 4T planı quraraq 1950 ci illərdən etibarən Türkiyə Dövlətinə qarşı “Erməni soyqırımı”x9d iddiası ilə xa0təzyiqlərə başladılar. xa0

Erməni soyqırımı iddiası və ya Qondarma "erməni soyqırımı" ”” birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. xa0Qeyd edək ki, Rusiya öndərliyində güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə xa0silahlı erməni üsyanları artmağa başlamışdı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə sultana suiqəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxartdı. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. "Erməni soyqırımı" iddiaları 1950-ci illərdən ”“ yəni "soyqırım" ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər xa0Latın Amerikası, ABŞ, AB ölkələrində,"Erməni soyqırımı" iddialarını tanıtmağa nail olublar. Soyqırım iddiasının yayıldığı areal isə əsasən Avropa və Amerika ölkələridir. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdür. Türkiyənin "strateji müttəfiqi" ABŞ-da "soyqırım"ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində "soyqırım"la bağlı iki layihə daim gündəmə gətirilir. ABŞ prezidentləri isə hər il aprelin 24-də "soyqırım" sözünü təkrar edirlər. Amerika və Avropadan kənarda "soyqırım"ı tanıyan cəmi iki ölkə var: xa0Rusiya və Livan. xa0"Erməni soyqırımı"nı tanıyan beynəlxalq təşkilat isə Avropa Parlamentidir. Bu təşkilat 1987-ci ildə "erməni soyqırımı" nın tanınması haqqında qərar çıxarmış, Türkiyənin xa0Avropa Birliyinə üzvlüklə bağlı müraciətindən əvvəl, xa02005-ci ildə bu qərarını təzələmişdir. xa0 Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri "soyqırım" kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Erməni İnqilab Federasiyası “Daşnaksütyun”x9dun liderlərindən Hrant Markaryan etiraf edir ki, “soyqırımı”x9d tanıtma fəaliyyətləri Qərbi Ermənistanı (Şərqi Anadolu nəzərdə tutulur-Y.Q) xilasetmə məramının bir hissəsidir. Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir. “Erməni soyqırımı”x9d siyasəti ilə xa0Ermənilər Türkiyənin Şərqi Anadolu bölgələrini və Naxçıvanı da Ermənistana birləşdirmək məqsədi ilə 4T adlı strateji siyasi proqram qəbul etmişlər.xa0

4T proqramına daxildir:

a) erməni spyqırımının dünyada tanınması,
b) Türkiyənin soyqırımı tanıması,
c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi,
d) Türkiyənin şərqində”“doğu Anadolu bölgəsində Naxçıvan da daxil olmaqla ermənilərə torpaq verilməsi.

4T proqramı vasitəsilə Türkiyənin bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır. Bu Plan əsasında Türkiyə və Azərbaycan arasında quru sərhədlərin aradan götürülməsi, bir-birindən təcrid edilməsi nəzərdə tutulur. 4T proqramına uyğun olaraq dünyanın 20-dən çox ölkəsi, ABŞ-ın 30 ştatı, Vatikan, xa0Avropa Parlamenti “Erməni soyqırımını”x9d tanımaqla Türkiyə ərazisini parcalamaq ideyasını gerçəkləşdirməkdədirlər. Hələlik İran parlamenti yerli Türklərdən çəkindiyi üçün xa0soyqırımı tanımaq haqqında qərar çıxarmasa belə, soyqırım abidəsinin ucaldılmasına nail olmuşdur xa0və İran Ermənistanın ən yaxın strateji müttəfiqidir. xa0“Erməni soyqırımı”x9d nı dünyada tnıtdırmaq xa0 məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər yayılmışdır. Bununla bərabər Rusiya və İran strateji müttəfiqi kimi Ermənistanı gücləndirməkdə, Azərbaycan və Türkiyəyə qarşı silah kimi istifadə etməkdədir. xa0

Beləliklə qeyd etməliyik ki, Türkiyə ərazisində xa0“Türkiyə Ermənistanı”x9d xa0 qurmaq planı baş tutmasa da Ermənilər xa0mənfur siyasətlərindən vaz keçməmişlər, 100 ilə yaxındır ki, SSRİ-Rusiya-Qərb-Fars İranı havadarlığı ilə PKK, ASALA kimi təşkilatlar vasitəsilə Türkiyə dövlətinə qarşı müharibə elan edib,terror həyata keçirməklə bu planlarını reallaşdırmağa çalışırlar.

Cənubi Qafqaz Ermənistanı.xa0

Ermənilər Cənubi Qafqazın bir çox bölgələrində xa0İrəvan-Naxçıvan, xa0Qarabag, Tibilisi-Borçalı-Loru -Pəmbək- Mesxetiyada, Bakıda xa0Erməni Vilayəti təşkil etməyə xa0çalımışlar. Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılması üç mərhlədə həyata keçirilmişdir.xa0

1.Azərbaycanın Qərb torpaqlarında ( tarixi İrəvan xanlıgı) yerli Türklərə qarşı xa0etnik təmizləmə, soyqırım, siyasəti həyata keçirilərək Ermənistan dövlətinin yaradılması;xa0
2.SSRİ xa0dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi;xa0
3.Qarabag və ətraf rayonların işgal edilməsi və Ermənistana birləşdirilmsinə cəhd edilmsi.
1-ci mərhələ; Rusiyanın İrəvan və Naxçıvan xanlıqlarından ibarət “Erməni vilayətinin”x9d yaradılması, Yerli Turklərin İrəvanda soyqırıma ugradılması, Ermənilərin İrəvan bölgəsinə köçürülməsi ,Batum konfransında İrəvanın müəyyən şərtlərlə ermənilərə güzəştə gedilməsi prosesi baş vermişdir. Bu dövr 1828- 1918-ci illəri əhatə edir.

Kitabi Dədə qorqud dastanlarında türk yurdu kimi adı çəkilən İrəvan bölgəsi xa0 Anadolu-Azərbaycan cografiyalarını və Türk kültürünü bir birinə baglayan körpü kimi strateji əhəmiyyətə malikdir.Uzun illər Osmanlı idarəçiliyinə tabe olmuş İrəvan bölgəsi 1600-cü illərdən başlayaraq gah Səfəvi gah da Osmanlıya tabe olmuş,1639-cu ildə Osmanlı-Səfəvi arasında baglanan Qəsri-Şirin xa0müqaviləsinə görə İrəvan Səfəvilərə verilmişdir.1722-ci ildə təkrar Osmanlı dövlətinin ərazisi içində olan İrəvan 1746-cı ildə Nadir Şahla imzalanan müqavilə əsasında təkrar Səfəvilərə keçmiş, Nadir Şahın ölümündən sonra İrəvanda müstəqil türk xanlıgı yaranmışdır.1800-cü illərdə İrəvan xa0xanlıgına ”“Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Körpübasar, Abaran, Dərəçiçək, Basarkeçər (Göyçə gölü də daxil olmaqla) kimi mahallar daxil idi. Rus-Qacar, Rus-Osmanlı müharibələrinin xa0Rusların qələbəsi ilə başa çatmasından sonra Buxarest sülhü(1812), Gülüstan sülhü(1813) baglanarkən İrəvan və Naxçıvan xanlıqları Qacarların himayəsi altında müstəqilliklərini mühavizə etdilər.1826-1828-ci illərdə Rusiya-Qacar dövlətini məglubiyyətə ugratdı. Rus işgalına qarşı xa0baş qaldıran Gəncə üsyanını(1827) yatızdırdı və 10 fevral 1828-ci ildə Türkmənçay müqaviləsi baglndı. Bu müqaviləyə görə Quzey Azərbaycan, İrəvan, Naxçıvan xanlıqları xa0Rusiyanın tabeliyinə keçdi. 1828-ci ilin 21 martında çar I Nikolay İrəvan, Naxçıvan xa0və Ordubadın “Erməni vilayəti”x9d adlandırılması xa0haqqında xa0fərman imzaladı. Bu qondarma erməni vilayətinin qubernatoru isə gürcü Aleksandr Çavçavadze təyin edildi. Elə həmin dövrdən etibarən Cənubi Qafqaza, İrəvan və Qarabağ xa0bölgəsinə erməni əhali köçürülməyə başladı. Ermənilərin Azərbaycanın tarixi ərazilərinə köçünü S.Mehdiyev aşağıdakı kimi qruplaşdırıb.xa0

1 . 1928-ci ildən başlayaraq: - İrandan 40.000 , Türkiyədən 84.600, Suriyadan 30.000 nəfər.xa0
2. 1914-1922-ci illərdə: - Türkiyədən 70.000, Fransadan 30.000 nəfər.xa0
3. 1946-cı ildən başlayaraq: - İran, Suriya, Livan, Bolqarıstan, Yunanıstan, Rumıniyadan 409.000 nəfər.xa0
4. 1947-ci ildə: - ABŞ, Fələstin, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 35.000 nəfər.xa0
5.1948-1953-cü illərdə: - ABŞ, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 100.000 nəfər.xa0

Zaqafqaziya Statistika komitəsinin 1886,1897,1902,1915,1917-ci illərdə verdiyi məlumata görə yüz ilə yaxın bir dövrdə xa0buraya köçürülən ermənilər artıb çoxalmışdır. Lakin nə qədər artsalar da yenə də yerli türklərdən sayca azlıqda qalırdılar. Erməni kahin Hovannes Şahxatunyanın tərtib etdiyi siyahıda xa0göstərilir ki, 390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olmuşdur. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı xa0"Erməni Sovet xa0Ensiklopediyası"nda öz əksini tapmışdır". xa0Erməni yazarları Z.Lalayanın “Tarixi xatirələr”x9d kitabında xa0X.Hakopyan, S.Melikbaxşıyan və X.Barseğiyanın “Ermənistanın və ətraf rayonların toponimlər lüğəti”x9d əsərində və Ermənistan Sovet Ensiklopediyasında birmənalı şəkildə təsdiq olunur ki, İrəvan xanlığının və ətraf rayonların əhalisinin 76%-dən çoxu xa0Azərbaycan türkləri və müsəlmanlar olmuşdur.
xa0
Məhz buna görədə Erməni dövlətinin qurulması məqsədilə yerli türklər etnik təmizləmə və soyqırıma ugradılmışdı. “Kavkazski Kalendar”x9dda əks olunmuş məlumata görə “1918-20-ci illərdə xa0Ermənistanda terrorçu Daşnak höküməti xa0Türk- Müsəlman əhaliyə qarşı soyqırım törətmişdir, indiki Ermənistan ərazisində yaşayan 575 min türkdən 565 mini sürgün və soyqırıma məruz qalmışdır.”x9d xa0 Erməni tarixçisi Zaven Qordoyan”x9dSovet Ermənistanının əhalisi son yüz ildə 1831-1931”x9d adlı əsərində yazır ki, daşnaklardan Sovet Ermənistanına 10 mindən bir az çox türk qalmışdır”x9d. xa0Beləliklə Rusiya-Erməni birləşmləri tərəfindən türk yurdu İrəvanın etnik-demoqrafik vəziyyəti xa0Türkləri soyqırıma ugratmaqla Ermənilərin xeyrinə dəyişdirildi . Azərbaycan Cümhuriyyəti xa0İrəvan bölgəsini ermənilərə güzəştə getmək məcburiyyətində xa0qaldı.xa0

İrəvan xanlıgından yerli Türklərin etnik təmizlənməsi prosesi beş mərhələdə həyata keçirilmişdir;
xa0
1-ci mərhələ 1828-1905-ci illəri əhatə edib və 595.000 nəfər soydaşımız deportasiya edilib. 2-ci mərhələ 1905-1907-ci illərə təsadüf edib ki, bu zaman 275.000 türk yurdundan qovulub. 3-cü mərhələ 1914-1920-ci illəri (575.000 qovulub), 4-cü mərhələ 1948-1953-cü illəri (105.000 türk deportasiya olunub), 5-ci mərhələ isə 1988-1990-cı illəri əhatə edib və nəticədə Qərbi Azərbaycandakı 250.000 türk son nəfərinədək deportasiyaya məruz qalıb. Bu illərdə türklərə xa0qarşı saysız-hesabsız qırğınlar törədilib, təxminən 900 minə qədər qərbi azərbaycanlı öldürülüb, yerli əhaliyə məxsus bütün əmlakları talan edilib, yurd-yuvası dağıdılıb, Təkcə 1918-1920-ci illərdə daşnak Andronikin başçılığı ilə törədilmiş soyqırım zamanı 50 mindən çox Azərbaycan türkü və müsəlman əhali öldürülüb. 1948-1953-cü illər deportasiyası zamanı köçürülən 105 min əhalinin yarıdan çoxu xa0aclıqdan qırılıb.
xa0
Bakıda Şaumyanın qurdugu Sentro Kaspi hökümətinin əmrində olan 20 minlik bolsevik-daşnak ordusunun Azərbaycanın muxtəlif bölgələrində həyata keçirdiyi soyqırımın qarşısını almaq, Qafqazda Erməni dövləti qurmaq istəyən erməni hərəkatını zərərsizləşdirməklə Azərbaycan Demokratik Cümhuriyyətinin quruculuguna başlamaq məqsədilə xa0Milli Şura xa0Batum danışıqlarında İrəvanın xa0ermənilərə güzəştə gedilməsi məcburiyyətində qaldı.

Batum danışıqları zamanı İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə Batum müqaviləsi (11 may ”“ 04 iyun 1918-ci il) imzalanmışdır. Müqaviləyə əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının Ermənilərə güzəştə gedilməsi) haqqında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı qəbul edilmişdir. Batum danışıqları zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Türkiyə dövlətləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürmüşüdür. Həmin öhdəliklər aşağıdakılardır.xa0

1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi S.Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və Dostluq”x9d müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən, Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü.

2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaq.

3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.

xa04. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.

5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.

Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə bağlı ilkin razılaşma əldə olunmaqla 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan və ətrafındakı 9 min kv.km ərazisi Azərbaycanla konfederativ şəkildə birləşmək şərti ilə xa0ermənilərə güzəştə getmək məcburiyyətində qalınıb. Belliklə Cənubi Qafqazda İrəvan bölgəsində Rusiyanın yaratdıgı Erməni vilayətində xa0ermənilrin köçürülməsi, yerli türklərin soyqırıma ugradılması ilə Ermənistan dövlətinin yaradılmasına nail olundu.

â¦x81İkinci mərhələ; SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi.xa0
Bu dövr 1920-1985-ci illəri əhatə edir. Müstəqil Azərbaycan Demokrtik Cümhuriyyəti xa0Rus Bolşevik Qızıl Ordusu tərəfindən 1920 ”“ci ilin aprelin 27-də işgal edildikdən sonra Rus Sovet imperiyasının 1 dekabr beyanatına əsasən, Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan ,Gorus, Sisyan və xa0Mehri bölgələri Ermənistana birləşdirildi. 1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Ermənistana birləşdirildi. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ümumi ərazisi xa0114 000 kv.km olmuşdur. 1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər xa0bölgələri Ermənistana qatılıb. 1922-ci ildə Dərələyəz ərzisi ermənilərə verilib. 1929-30-cu illərdə xa0Əldərə, xa0Lehvaz, Astazur, Nüvədi və. s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində xa0Naxçıvan bölgəsi Azərbaycandan qoparılıb. Hazırda Ermənilər və xa0Kürdlər Naxçıvana sahiblənmək üçün mübarizə aparmaqdadırlar. 1938-ci il martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər Ermənilərə verildi. 1946-cı ildə M.C.Bagırov tərəfindən 40 kv.kmlik meşə sahəsi Ermənilərə verilmişdir. 1969-cu ildə Vəli Axundov tərəfindən 7,6 kv.km-lik ərazi ermənilərə verilib. 1980-ci ilin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Ermənistana verildi. xa01982-ci ildə Qazağın Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin örüşlərinin bir qismi Ermənistan ərazisinə qatılıb. xa0XI rus ordusu xa0Qərbi Azərbaycanda Ermənistan SSR qurduqdan sonra 1920-ci ildə Göyçə və Qaraqoyunlu mahalları da Azərbaycandan alınaraq Ermənistan SSR-ə verildi. Bu 6000 kv km-lik bir ərazi idi. Ermənilər Qaraqoyunlu bölgəsini Çəmbərək, Göyçəni Basarkeçər rayon mərkəzlərinə ayırdılar. Çəmbərəkin Azərbaycandan qoparılması Ermənistanda SSR-in qurulması ilə bağlıdır. Çəmbərək 1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Çəmbərək rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Çəmbərək və Qoturbulaq. Bu ermənilər də İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülmüşdür. SSRİ dövründə isə erməniləri bu yerlərə köçürməklə daha üç erməni kəndi yaradıldı: Yeni Başkənd, Martuni və Orconokidze.

Çəmbərək rayonunun bir hissəsini Göyçə, bir hissəsini də Qaraqoyunlu ərazisi təşkil edir. Əsas hissəsi Çəmbərək rayonunun tərkibinə daxil olan Qaraqoyunlu dərəsi Dilican dərəsi ilə Soyuqbulaq yaylasının arasında yerləşir. Çar Rusiyası dövründə buralar da Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasına daxil olub. Çəmbərək rayonu Murğuz və Şahdağ silsilələri ilə əhatə olunub. Adatəpə (h.2427m), Çaldaş (h.2743m), Qoşadağ (h.2901m) zirvələri də rayonun ərazisində yerləşir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Çil, Ardanış, Şorca, Toxluca, Gölkənd, Çaykənd, Əmirxeyir, Bəryabad,Yanıqpəyə, Ağbulaq, Cıvıxlı, Qaraqaya, Qırmızıkənd və s. 1938-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Köhnə Başkənd kəndi də yenicə rayon statusu almış Çəmbərək rayonuna tabe edildi. Göyçə mahalının mərkəzi Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir. 1948-1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi. Basarkeçər rayonu həmçinin məşhur Azərbaycan el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. 1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Qaraqoyunlu, Hüseynquluağalı, Aşağı Şorca, Yuxarı Şorca, Daşkənd, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Zərkənd, Ağkilsə, Zod, Babacan, Pəmbək, Dərə, Şişqaya, Göysu, Kiçik Məzrə, Oğruca, Kəsəmən, İnəkdağı, Qanlı, Kərkibaş, Subatan, Sultanəliqışlaq, Ağyoxuş, Sətənəxac, Yuxarı Zağalı, Çaxırlı, Tüskülü, Böyük Məzrə, Qızılvəng, Torfavan. Beləliklə bütün bu faktlar göstərir ki, tarixən Qafqazda xa0nə dövlət qurmaga qadir olan Erməni milləti, nə də Ermənistan adlı dövlət mövcud olmayıb. Azərbaycan torpaqları hesabına yerli türklər etnik təmizləmə və soyqırıma ugradılmaqla bu dövlət Rus Sovet imperiyasının rəhbərliyi ilə qurulmuşdur. ABŞ xa0tədqiqatçısı Samuel Uimzin isə yazırdı: “Terrorçu xristian erməni dövlətinin bugünkü işğalçılıq siyasətinin təməlləri XIX əsrin sonlarında ”x9dErməni məsələsi" ortaya atılarkən qoyulmuşdur. Bu siyasət SSRİ dövründə də Ermənistanın rəsmi siyasəti olmuşdur".xa0

â¦x81Üçüncü mərhələ; SSRİ-nin dagılmasından sonara Azərbaycan Respublikasının Qarabağ və ətraf yeddi rayonunun Ermənistan və Rusiya tərəfindən işğal edilərərk oyuncaq "Dağlıq Qarabağ Respublikasının”x9d yaradılması və Ermənistan Respublikasina birləşdirilməsi; (1988-1994-cü illərdə Ermənistan Azərbaycana müharibə elan edərək Daglıq Qarabagı və ətraf rayonlarını -Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı işgal etdi. Bu dövrdə işgal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir. Bu siyasətin nəticəsində Bütöv Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycan tamamilə Ermənistana verilmiş, Quzey Azərbaycan Respublikasının 20% ərazisi işğal olunmuş, 2 milyon Azərbaycan türkü terror və soyqırım vasitəsilə məhv edilmişdir. Hazırda Qarabagın Ermənistana birləşdirilməsinə cəhd edilməkdədir. Türksüz qalmış Ermənistanda türk izlərini həmişəlik silmək məqsədi ilə xa0“Ermənilər bu gün də öz iyrənc əməllərini davam etdirərək bütün toponimləri, o cümlədən bütün yaşayış məntəqələrinin adlarını dəyişdirməyə çalışırlar. Dəyişdirilmiş adların sayı 590-dan çoxdur. Göründüyü kimi, ermənilər havadarlarının köməyi ilə XXI əsrin əvvəllərində Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı bütün planlarını həyata keçirərək tək millətli dövlət yaratmağa nail oldular.

Bakı erməni dövləti.

1917-ci ildə Rusiyada bolşeviklərin oktyabr çevrilişindən sonra Bakıda dekabr ayından etibarən hakimiyyət bolşeviklərin əlində idi. Petroqraddan Lenin tərəfindən Qafqaz xa0fövqəladə xa0Vəziyyət Komissarı təyin edilən Stepan Şaumyanın təşkil etdiyi çevriliş nəticəsində 1918-ci ilin 18 martında Bakıda hakimiyyət xa0Sentro-kaspi (Bakı kommunası) hökümətinin əlinə keçdi. Bolşeviklərdən və erməni daşnaklardan təşkil olunan hökümət Bakını Türk-müsəlman əhalidən təmizləmək planı işləyib hazırladılar. Bakı və onun şimal-cənub hissəsində nəzarəti ələ alan ermənilər Qarabag və Zəngəzuru, Yevlax, Goranboy, Gəncəni və Qarabagı tutaraq yerli Türkləri soyqırıma ugratmaqla Azərbaycan türklərinin İstiqlal mübarizəsinə mane olmaq istəyirdilər. S.Şaumyan xa0“Bakinski Raboçi”x9d qəzetində çıxan məqaləsində “ Azərbaycan türkləri muxtariyyət istəsələr, onlara xarabazar veriləcək”x9d yazmışdı. 1918-ci il martın 31-də Türk soyqırımını həyata keçirmək məqsədilə Şaumyan əmrindki xa020 mindən ibarət rus-erməni-daşnak qoşunlarına Bakıda Türk soyqırımına başlamaq əmri verdi.Üç gün davam edən qırgında 15 min insan qətl edildi. 4 min Erməni əsgəri Şamaxıda martın 18 də xa0yerli əhaliyə qarşı qırğınlara başladı. 4 minə yaxın dinc əhali öldürüldü, onun 1653-ü qadın, 965-i uşaq idi. Şamaxının 58 kəndində 3204 nəfəri kişi, 1979 nəfəri qadın, 959 nəfər uşagın öldürüldüyü haqqında erməni qırgınlarını araşdıran Fövqəladə İstintaq Komissiyası məlumat vermişdir. Baqşa xa0mənbələrdə toplam olaraq xa090 kəndin 40 min insanın məhv edildiyi yazılmışdır. Qubada 162 kənd dagıdıldı, 4 min türk, 14 min ləzgi qətl olundu. 1918- ci il iyun ayında Andronikin xa015 minlik xa0orduları Naxçıvana girərək Yaycı kəndində 700 insanı xa0qətl etdilr. Osmanlı Dövləti ilə Azərbaycan Cümhuriyyətinin bağladığı müqaviləyə xa0əsasən mülki əhalinin müdafiəsini xa0Osmanlı Ordusu öz üzərinə götürdü. Nuru paşa öndərliyində Qafqaz İslam Ordusu xa0Azərbaycanda ermənilərin bu qətliamlarını xa0dayandırdı. “ Bakı Erməni Dövləti”x9d süqut etdi.

“Kiçik Ermənistan”x9d dövləti.

Güney Azərbaycanın qərbində Urmiya-Xoy -Sulduz - Salmasda xa0baş vermiş soyqırımların nəinki bölgədə, dünyada analoqu yoxdur. xa0Böyük Britaniya, Fransa və Rusiyadan dəstək alan ermənilər Urmiya gölü ətrafında "Kiçik Ermənistan dövləti" yaratmaq məqsədilə silahlı hərbi birləşmələr yaratmışdılar. Plana əsasən, Qərbi Azərbaycan torpaqlarında, Urmu gölünün ətrafında xa0federativ xa0erməni-assuri-kürd dövləti yaradılmalı idi. . Bu dövlətin qurulmasında məqsəd Güney Azərbaycanı Türkiyə ilə birləşdirən ərazidə xristian tampon dövlət qurmaqla Anadolu-Azərbaycan Türklüyünü bir-birindən təcrid etmək idi. Qərbin xristian dairələrindən təlimat alan erməni və assurlar türklər yaşayan əraziləri ələ keçirmək, əhalini xristianlaşdırmaq məqsədi güdürdülər. Qeyd edək ki, Urmu, Xoy, Salmas Güney Azərbaycanın xa0qərbində yerləşdiyi üçün strateji əhəmiyyət daşıyırdılar. Erməni-assur federasiyası qurmaq istəyən qüvvələrin niyyəti bu əraziləri sonradan Ermənistana birləşdirmək və ərazidə böyük türk zolağının qarşısını kəsmək idi. xa0Erməni və assurilər İngiltərə və Rusiyanın himayəsi ilə birinci dünya savaşında Osmanlı Türkiyəsinə qarşı savaşır, türklərin məğlub olması üçün Osmanlı dövlətinə arxadan zərbə vururdular.xa0

xa0Silahlı kürd dəstələrinə Smitko adlanan İsmayıl xan, ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq edirdi. Birlşəmiş koalisiyanın bütün hərəkət planları Qərbdə hazırlanmış, hətta silahlı quldur dəstələri belə Qərb missionerlərin dəstəyi ilə silahlandırılmışdı. Birləşmiş koalisiya qüvvələrin 30 minlik ordusunda rus və fransız zabitləri xidmət edirdi. Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan türklərinə qarşı qətliam hadisələri 1918-ci ilin fevralından başlanmışdı. xa0Birləşmiş erməni-kürd və assuri dəstələri fevral-mart ayları boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhalisinə divan tutmuş, qarət etmiş, dinc əhalini qətlə yetirmişdilər. Dinc türk əhali yaşayan kəndlərə basqınlar edilir, qadın və uşaqlar, qocalar güllənir, qılıncdan keçirilir, xalq yerindən-yurdundan qaçaq salınırdı. Cilovluq faciəsinin zirvə nöqtəsi isə 1918-ci ilin martında Novruz bayramının axırıncı çərşənbəsində baş vermişdi.xa0

Güneydə indi də qara çərşənbə kimi xatırlanan həmin müdhiş gündə Urmu əhalisi şəhərdə yerləşən karvansaraya dolduruldu və diri-diri yandırıldı. Cilovluq faciəsindən sonra qırğınlar bütün Urmu vilayətinin kəndlərini əhatə etdi. Birləşmiş koalisiyanın işini Naxçıvandan keçməklə Türkiyədən gələn erməni paşası Andronik asanlaşdırırdı. Yolu üstündəki türk kəndlərini amansızlıqla talayan, əhalini qıran Andronik Urmuda birləşmiş koalisiya ilə birləşmək istəyirdi. Lakin xa0erməni-assur-kürd koalisiyası dağıldı. xa0Kürd Smitko xa0Ermənilərin xa0xristian dövləti qurmaq planlarının olduğunu və xa0müsəlman kürdlərin oyundan kənar qoyulmasını qəbul etməyərək xa0 koalisiyadan çıxdı və xa0assurilərin başçısı Marşimonu qətlə yetirdi. xa0Osmanlı ordusu Kazım Qara Bəkir Paşa komutanlığında “Kiçik Ermənistan”x9d dövləti qurma planlarını darmadağın etdi. 1918-ci ilin martın sonu, aprelin əvvəllərində türklər Güney Azərbaycan ərazisinə daxil olur və soydaşlarımızın kütləvi qətliamına son qoyurlar. Türk əsgərləri erməni-assuri birləşmələrinin Urmu gölü vasitəsilə Təbrizə girmələrinin qarşısını alır, erməni quldurlarının qayıqlarını göldə batırırlar. Dağlara qaçan erməni quldurları xa01919-cu ilin fevralına qədər kəndələrə enib türk əhalisinə divan tutmaqda davam edirlər.

İran tarixçisi Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib. Urmiyalı tarixçi xa0 Ayrumlu xa0isə öldürülən, soyqırıma məruz qoyulan azərbaycanlıların sayının xa0300 min nəfər olduğunu yazır.xa0

Lakin xa0Ermənilərin niyyəti baş tutmadı. Güney Azərbaycan türkləri Osmanlı ordularının yardımı ilə xa0qərb torpaqlarında erməni-assuri qondarma dövlətinin yaranmasına imkan vermədilər.xa0
Son olaraq onu qeyd edirik ki, xa0XIX-XX əsr tarixinin bütün səhifələri Rusiya öndərliyində Anadoluda, Qafqazda, İranda, Türküstanda ermənilər tərəfindən həyata keçirilən Türk Soyqırımından bəhs edir. Ermənilər şərqdə Ruslarla, cənubda isə İngilis və Fransızlarla birləşərək xa0Türk soyqırımı həyata keçirmişlər. Məhz buna görə də ermənilər soyqırıma məruz qalmış xalq yox, Türklərə qarşı soyqırım törətmiş xalq kimi Türk Milləti qarşısında və tarix qarşısında cavab verəcəklər. Qisas qiyamətə qalmaz.


Ədəbiyyat :
1. Hocalı 1992. Dərləyən Oktay Hacımusalı.İstanbul.220s.
2. Qafar Çaxmaklı. xa0Ermənicə qaynaqlarda erməni cinayətləri (birinci hissə). Bakı. 2015. 143s.
3. Xaqani ismayıl. “Erməni məsələsi”x9d və Türk- müsəlman soyqırımı. Nərgiz nəşriyyatı. Bakı 2012. 507 s.
4. Tənzilə Rüstəmxanlı.Türk müsəlman soyqırımı. Bakı. Hərbi nəşriyyat, 2009. 191s.
5. Ermənilərin xa0İrəvan xanlığı ərazisinə kütləvi surətdə köçürülməsi və azərbaycanlıların mərhələli deportasiyası. Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzi. Bakı-2014. 76 s.
6.Taleh Cəfərov.100 ilin yalanı Diaspor müstəvisində.Erməni diasporunun fəaliyyətində qondarma “soyqırımı”x9d iddiası.Türküstan.N:9(379),15-28 mart 2015-ci il.
7.//www.facebook.com/GAMOHTebriz/photos/a.930592683631505.1073741828.930569936967113/942025119154928/?type=1&theater.GAMOH.ORG
8. xa0//www.gunaz.tv/az/meqaleler/meqaleler/ermenistan-iki-milletli-iki-dilli-dovlete-cevrilmelidir-m9066.
9. //www.ps-nota.com/biz-niy%C9%99-q%C9%99rbi-az%C9%99rbaycan-m%C9%99s%C9%99l%C9%99sini-gund%C9%99m%C9%99-g%C9%99tirmirik/
10. //www.notdelisi.com/xocali-soyqirimi-27725/

Yasəmən Qaraqoyunlu
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin