“İftar verən şəxs onu reklam etməməlidir” – İLAHİYYATÇI

Hazırda oxunan: “İftar verən şəxs onu reklam etməməlidir” – İLAHİYYATÇI

17636

Bu il Ramazan ayı dünyanı bürüyən COVİD-19 pandemiyası dövrünə düşür. Odur ki, müsəlmanların oruc tutmasında və digər məsələlərdə narahatlıq yaranır.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlahiyyatçıdan pandemiya dövründə oruc tuta bilməyənlər üçün vacib AÇIQLAMA


“Əgər xəstəliyin artmasına səbəb olarsa, kütləvi iftar məclisləri qurulmaya bilər. Hər kəs öz evində iftar edə bilər. Yəni, kütləvi iftar süfrələri vacib yox, müstəhəb məsələdir.

Oruc tutmağa qaldıqda isə, əgər həkim hər hansı bir müsəlmana oruc tutacağı təqdirdə xəstəliyə düçar olacağı ehtimalını verərsə, onun oruc tutması vacib deyil. Sacəcə pandemiya bitəndən sonra qəza orucu tutmalıdır. Peyvənd vurdurmaq orucu pozmur, çünki qidalandırıcı deyil”.

O, qeyd edib ki, insanlar daha münasib olan bütün yaxşı işləri görə bilərlər:

“Məsələn, evdə hazırladıqları yeməklərdən kasıb, imkansız insanlara pay göndərə, hər hansı bir məhsulu imkanları daxilində alıb fəqirlərə dağıda bilərlər. Şəhid ailələrinə, miskinlərə, sosial yardıma ehtiyacı olub məmur özbaşınalığı ucbatından bu yardımı ala bilməyənlərə hər hansı maddi kömək edə bilərlər.

Əgər belə olsa bu Allah yolunda ən böyük savab olar. Adam iftar versə də onu reklam etməməlidir. Yemək süfrəsinin şəklini paylaşmaq sadəcə nadanlıqdır. Çünki hamı tox deyil, gündə üç dəfə qidalanmaq imkanı yoxdur”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin