Axşam saatlarında Şərur rayonunun Xanlıqlar kəndi ərazisində bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, Naxçıvan şəhər sakini Əhmədov Vətən Məhəmməd oğlunun idarə etdiyi 75 BH 565 nömrə nişanlı "Lifan" markalı avtomobil yol kənarında dayanan Türkiyə vətəndaşı Cuma Ali Üzümcünün idarə etdiyi 27 AMP 616 nömrəli nişanlı "Tır"la toqquşaraq qəza törədib.
Hadisə nəticəsində Lifan markalı avtomobilin sürücüsü ağır yaralanıb, sərnişin Əhmədova Sevda Məşdi qızı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media