"Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə səbəb ola bilər"

Hazırda oxunan: "Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə səbəb ola bilər"

176322
Hazırda orta məktəbdə təhsil alan X-XI sinif şagirdlərinin 45 faizində görmə problemləri, V-IX siniflədə təhsil alanların 52 faizində qamət problemləri var. XI sinifdə təhsil alan oğlanların 40 faizidə inkişafdan geri qalır.xa0
Beləliklə, məzunların cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur.

Mövzuyla bağlı təhsil eksperti Kamran Əsədov Moderator.az-a aşağıdakıları bildirib:

“Təəsüflər olsun ki, bizdə orta məktəblər yalnız tədris prosesi ilə öz fəaliyyətini bitmiş hesab edir. Hansısa yolla məktəb direktoru olmuş, qanunvericiliyin tələbini kobud şəkildə pozaraq dinşunaslıq ixtisaslı məktəb rəhbəri əlbətdə ki, qanunvericiliyin tələb etdiyi Sağlam təhsil-sağlam millət prinsipini reallaşdıra bilməz.xa0
Bu gün əmək bazarının tələbi təkcə savadlı kadr deyil, eyni ilə sağlam kadrlar tələb olunur. Amma orta məktəblərdə aparılan araşdırma göstərdi ki, bu sahədə ciddi problemlər var. Şagirdlərin böyük əksəriyyəti ciddi fiziki problem yaşayırlar:

Fiziki inkişafdan qalanlar arasında oğlanlar xüsusilə çoxluq təşkil edir. Həmin arzuolunmaz statistika belədir:xa0
xa0Görmə problemləri
- İbtidai (I-IV) siniflərdə 29%
- Orta (V-IX) siniflərdə 25%
- Yuxarı (X-XI) siniflərdə 45%
xa0Qamət problemləri
- İbtidai siniflərdə 51%
- Orta siniflərdə 52%
- Yuxarı siniflərdə 41%xa0
xa0
Fiziki inkişafdan qalanlar (oğlanlar arasında)
- I sinifdə 19%xa0
- V sinifdə 33%xa0
- XI sinifdə 40%

Beləliklə, yuxarıdakı faiz göstəriciləri başqa bir statistikanı izah edir: məzunların cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur.

Sadalanan statistik göstəricilər onu göstərir ki, ölkədə fəaliyyət göstərən 4500 ümumtəhsil məktəbində təhsilalanlara tibbi xidmətin səviyyəsi, tibb otaqlarının mövcud vəziyyəti bərbad vəziyyətdədir. Onların fəaliyyəti yalnız büdcədən maliyyə almaqdan ibarətdir.xa0

Bilirsiniz, hansısa fiziki çatışmazlığı olan şagirdə fərdi yanaşma tətbiq olunmalı, məktəb direktorunun nəzarəti altında həmən şagirdlər fiziki çalışmalara cəlb olunmalıdırlar. Bunu təkcə dünya təcrübəsi demir, eyni ilə Azərbaycan təhsil qanunvericiliyi də buna geniş imkanlar açır.xa0
Tavanında göz idmanı üçün nəzərdə tutulan şəkil, göz trenajoru işlənir. Divarlarına müxtəlif şəkilli lampalar yerləşdirilir. Uşaqların fiziki hərəkəti üçün müxtəlif qurğular quraşdırılır. Biri ayaq üstə dayanmağa, digəri oturub işləməyə imkan verən iki cür masa qoyulur. Hərəkət edə bilən xüsusi masalar 18 dərəcəlik bucaq altında düzülür.

Bir sözlə, bütün düzən uşağın göstərəcəyi fəaliyyətə uyğun qurulur. Yəni, hərəkət edə bilən masalar sinifdə görülən işə uyğun olaraq dəyişdirilə bilir. Dərs zamanı şagird 15 dəqiqə ayaq üstə, 15 dəqiqə isə oturaraq işləyir. Dərs prosesində divara yerləşdirilən müxtəlif şəkilli lampalar növbə ilə yanır. Şagirdlər yanan lampaya tərəf dönüb əl çalaraq bədənlərini hərəkət etdirir. xa0

Bilirsiniz, sağlam təhsil üçün təkcə dərs proqramının və avadanlıqların lazımi səviyyədə olması yetərli deyil. Bu işdə vacib məqamlardan biri də məktəb direktorunun, müəllimin hazırlıq səviyyəsidir.
Bizim orta məktəblərdə təkcə şagirdlər dərsliklərin informasiya yükü ilə yüklənməyiblər, onlar həm də ağır çantalarla yükləniblər. Şagirdlərdə ortaya çıxan fiziki qüsurların əsas səbəblərindən biri budur. xa0xa0
Dünya təcrübəsinə əsasən deyim ki, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. təəsüf ki, ölkəmizdə məktəblilərin nə qədər yük götürməsi ilə bağlı hər hansı standart yoxdur.”x9d

Elşən Yəhyayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin