Ötən il 41 538 gənc münasib işlərlə təmin edilib.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, son bir ildə 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.
41 538 gənc münasib işlərlə təmin edilib, 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub, əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.
Eyni zamanda son bir ildə “Səyyar kofe evləri” layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımi avadanlıqlar verilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb.
Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları barədə məlumatlılığının artırılmasında önəmli rol oynayıb.
Son illərdə gənclərlə bağlı icra olunan məşğulluq layihələrinin davamı olaraq hazırda “İrəliləyİŞ” layihəsi də icra olunur. Bu layihə gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.
Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:51 / 02.02.2024
Ötən il Azərbaycanda 42 minə yaxın gənc işlə təmin OLUNUB
Hazırda oxunan: Ötən il Azərbaycanda 42 minə yaxın gənc işlə təmin OLUNUB
Hazırda oxunan: Ötən il Azərbaycanda 42 minə yaxın gənc işlə təmin OLUNUB
176266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.