Azərbaycanın hansı rayonunda nə qədər erməni yaşayır? - TAM SİYAHI 

Hazırda oxunan: Azərbaycanın hansı rayonunda nə qədər erməni yaşayır? - TAM SİYAHI 

176259

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları silahlı, eləcə də evlərdən və avtomobillərdən oğurluq edən şəxsləri saxlayıblar. 

Bizim.Media “yeniavaz.com”a istinadən xəbər verir ki, saxlanılan 4 nəfərdən 2-si erməni əsilli Azərbaycan vətəndaşları olan qardaşlar olub. 

Qeyd edək ki, saxlanılan qardaşlar 5 il əvvəl də oğurluq etdikləri üçün həbs ediliblər. Bundan əvvəl isə onların narkotik maddə istifadə etdikləri məlum olub.

Verilən məlumatlara görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. 1966-cı il təvəllüdlü Rövşən Cəfərov evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşanıb, amma həmin şəxs Cəfərov soyadını saxlamağa qərar verib. 1971-ci il təvəllüdlü Elçin Danilyan isə soyadını dəyişməyib. 
Məlumat üçün bildirək ki, 1988-90-cı illər ərzində Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılar son nəfərinə kimi qovulsalar da, Azərbaycan SSR-də yaşayan ermənilərin bəziləri burda yaşamağa davam ediblər. Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, Azərbaycanın şəhər və rayonlarda ümumilikdə 178 nəfər erməni yaşayır. 

Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında yaşayan ermənilərin 55-i kişi, 123-ü qadın olub. Əhalinin sonuncu siyahıyaalınmasına əsasən ermənilər ən çox Bakı şəhərində məskunlaşıblar. Bakıda ümumilikdə 74 nəfər erməninin yaşadığı və onların 20-nin kişi, 54-nün qadın olduğu bildirilir. 

Bakıdan sonra erməni millətinə məxsus qadın və kişilərin yaşadığı rayon Şəmkir olub. Şəmkirdə erməni millətinə məxsus 13 kişi, 25 qadın yaşayır.  

Digər şəhər və rayonlarda yaşayan ermənilərin sayı aşağıdakı kimi olub: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin