Məktəbində əxlaqsızlığa görə işdən çıxarılan sabiq direktor dünyasını dəyişdi - ÖZƏL

Hazırda oxunan: Məktəbində əxlaqsızlığa görə işdən çıxarılan sabiq direktor dünyasını dəyişdi - ÖZƏL

17619

Bakıda sabiq məktəb direktoru dünyasını dəyişib. Söhbət Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Vaqif Mirzəliyev adına 281 nömrəli məktəb direktoru işləmiş Gülşən Əliyevadan gedir.

Bizim.Media-ya daxil olan məlumata görə keçmiş direktor koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Gülşən Əliyeva 3 il əvvəl 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsindən kənarlaşdırılıb.

O, 2 nəfər pedaqoji işçisi ilə birgə "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq tutduğu vəzifədən azad olunmuşdu.

Həmin məktəbdən uzaqlaşdırılan iki qadın müəllimin isə bir -birinə qarşı əxlaqsız davranışlara yol verdiyi bildirilmişdi.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin