Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir.
2023-cü il ərzində Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlərin AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində 176 ölkənin qiymətləndirildiyi “Milli Kibertəhlükəsizlik İndeksi”nin (“National Cybersecurity Index”) reytinq cədvəlində respublikamızın mövqeyinin 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləməsi təmin olunub.
AKTA-dan Bizim.Media-ya bildirilib ki, ötən ilin sentyabrdan etibarən isə adıçəkilən indeks üzrə yeni qiymətləndirmə meyarlarına əsaslanan metodologiyanın tətbiq olunmasına başlanılıb və hazıradək 31 ölkənin qiymətləndirilməsi həyata keçirilib.
Yeni indeks üzrə hazıradək 31 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan Respublikası 66.67 balla 12-ci pillədə qərarlaşıb. Qeyd olunmalıdır ki, bu göstərici hazıradək ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək göstəricidir. Belə ki, 2016-2023-cü illər ərzində indeksdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək bal 63.64 olub.
Bununla yanaşı, qiymətləndirmənin əsaslandığı 49 indikatorun 32-i üzrə AKTA tərəfindən təqdim edilmiş cavablar tam qəbul olunaraq qiymətləndirmədə nəzərə alınıb.
Digər indikatorlar üzrə də ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda tərəfimizdən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir.
Qeyd edək ki, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən “Milli Kibertəhlükəsizlik İndeksi” kibertəhlükəsizliyin təmin edilməsi və kiberinsidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:47 / 01.02.2024
Azərbaycan kibertəhlükəsizlik indeksi üzrə 31 ölkənin reytinqində 12-ci seçildi - FOTO
Hazırda oxunan: Azərbaycan kibertəhlükəsizlik indeksi üzrə 31 ölkənin reytinqində 12-ci seçildi - FOTO
Hazırda oxunan: Azərbaycan kibertəhlükəsizlik indeksi üzrə 31 ölkənin reytinqində 12-ci seçildi - FOTO
176169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.