Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Cəlilabad rayon sakinləri R.Rəhimov, F.Mirzəcanov, T.Rəhimov və S.Məmmədovun qanunsuz olaraq ov etdikləri müəyyən edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngləri, ov zamanı istifadə olunan müxtəlif alət və avadanlıqlar, o cümlədən qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Fakt üzrə Masallı RPŞ-də müvafiq araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:27 / 01.02.2024
Masallıda qanunsuz ov edən şəxslər SAXLANILDI - FOTO
Hazırda oxunan: Masallıda qanunsuz ov edən şəxslər SAXLANILDI - FOTO
Hazırda oxunan: Masallıda qanunsuz ov edən şəxslər SAXLANILDI - FOTO
176157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.