Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin qızılcadan vəfat etməsi ilə bağlı məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, “qafqazinfo.az” Aysel adlı şagirdin ölümü ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb.
Təhsil ocağından bildirildi ki, şagird bir neçə gün öncə vəfat edib:
“Bizdə olan məlumata əsasən, şagirdin ölümünə səbəb ona vurulan iynədən komaya düşməsidir”.
Sözügedən məktəbdə qızılcanın sürətlə yayıldığı iddiasına gəlincə, məktəb bunu təkzib edib: “Qızılcanın sürətlə yayılması ilə bağlı iddialar isə doğru deyil. Dərslərimiz öz qaydasında davam edir. Hər gün bununla bağlı məlumat idarəyə ötürülür”.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, 2010-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) 29.01.2024-cü il tarixində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Daxil olarkən vəziyyəti son dərəcə ağır olub, huşu qaranlıq, dərin intoksikasiya əlamətləri qeyd olunub.
Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 00:40-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:32 / 01.02.2024
Bakıda daha bir şagird vəfat ETDİ
Hazırda oxunan: Bakıda daha bir şagird vəfat ETDİ
Hazırda oxunan: Bakıda daha bir şagird vəfat ETDİ
176131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.