Xəbər verildiyi kimi yanvarın 29-da paytaxtın Nərimanov rayonunda 1988-ci il təvəllüdlü Bəhram Bayramovun iş yerində ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Nərimanov rayon prokurorluğu yayıb.
Araşdırmalarla Bəhram Bayramovun qəlibçi usta kimi “Kral” şadlıq sarayında təmir işləri görən zaman ayaqaltı dəmir konstruksiyanın (lesa) üzərindən yerə yıxılaraq aldığı xəsarətlər səbəbindən ölməsi müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:34 / 01.02.2024
Şadlıq sarayında ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI
Hazırda oxunan: Şadlıq sarayında ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI
Hazırda oxunan: Şadlıq sarayında ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI
176107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.