Kəndə canavar sürüsü hücum etdi - Bərdədə gecə vaxtı yaşanan DƏHŞƏT - VİDEO

Hazırda oxunan: Kəndə canavar sürüsü hücum etdi - Bərdədə gecə vaxtı yaşanan DƏHŞƏT - VİDEO

17610

Bərdədə rayonunun Saatlı kəndində gecə saatlarında canavar sürüsü  hücum çəkərək təsərrüfata ziyan vurub.

Bizim.Media-nın məlumatına görə, hadisə kənd sakini Xəyyam Məmmədova məxsus təsərrüfatda baş verib. 

Tövləyə girən canavarlar 30 baş heyvanı parçalayıb, 8 baş qoyunu isə yaralayıb.

Yerli sakinlər bildiriblər ki, son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib.

Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. 

Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb.

Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin