Sumqayıtda yanğında zəhərlənən ana və övladları evə BURAXILDI  

Hazırda oxunan: Sumqayıtda yanğında zəhərlənən ana və övladları evə BURAXILDI  

176064

Fevralın 1-də saat 05:01 radələrində Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində baş verən yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb edilib. 

Bu barədə Bizim.Media-ya Sumqayıt Tibb Mərkəzindən bildirilib. 

Qeyd edilib ki, hadisə nəticəsində 3 nəfər hospitalizasiya olunub. 
Digər qazların toksiki təsiri diaqnozu ilə 1996-cı il təvəllüdlü (qadın cinsli) şəxs Təcili Tibbi Yardım Xəstəxanasına, 2015 və 2018-ci il təvəllüdlü (kişi cinsli) azyaşlılar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. 

Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin