Bu gündən Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə başlayır.
Bizim.Media xəbər verir ki, xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür:
Böyük çillə 40 gün (dekabrın 21-dən yanvarın 31-dək), Kiçik çillə 20 gün (yanvarın 31-dən fevralın 21-dək) çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün (fevralın 21-dən martın 21-dək) Boz ay adlanır.
Qışın ikinci mərhələsi sayılan bu dövrdə hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Xalqın yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük və Kiçik çillələr bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli obrazlaşdırılırsa, Kiçik çillə bir o qədər sərt, ərköyün obraz kimi xarakterizə edilir.
Adətən Böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
20 günlük Kiçik Çilədə Xıdır İlyas bayramı keçirilir. Hansı ki, bəzi bölgələrdə Xıdır Nəbi də deyilir. Naxçıvanda bu bayram daha təntənəli şəkildə keçirilir.
Qeyd edək ki, qış fəsli dekabrın 21-də başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:24 / 01.02.2024
Bu gecə qışın sərt dövrü - Kiçik çillə BAŞLAYIR
Hazırda oxunan: Bu gecə qışın sərt dövrü - Kiçik çillə BAŞLAYIR
Hazırda oxunan: Bu gecə qışın sərt dövrü - Kiçik çillə BAŞLAYIR
176020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.