2 qonşusunu öldürən azərbaycanlı məşhur həbsxanada evləndi- VİDEO

Hazırda oxunan: 2 qonşusunu öldürən azərbaycanlı məşhur həbsxanada evləndi- VİDEO

175989
Həbsxana həyatı yaşayan Sergey Strilayevin sevgi hekayəsi hər kəsin diqqətini çəkib.
xa0
Moderator.az xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilən gənc həbsxanada ailə həyatı qurub. ARB TV-də yayımlanan "Rezonan" verilişi artıq bir övlad sahibi olan cütlüyün həyat hekayəsindən bəhs edib. Sergey Strilayev bildirib ki, xanımı onun ömürlük həbsdə qalcağını bilə-bilə ona ərə gəlib.xa0
xa0
Bir övladlarının olduğunu söyləyən Sergey Strilayev onu üzünü 3 aydan bir gördüyünü çox darıxdığını bildirib.
xa0
Qeyd edək ki, Sergey Strilayev həbsxanada yeni yazdığı kitabın təqdimatını da edib.
xa0
Məlumat üçün bildirək ki, o, iki qonşusunun qətlində günahlandırılaraq, ömürlük həbs cəzasına məhkum edilib. Bu hadisə 1997-ci ildə baş verib. O vaxtdan Strelyayev gücünü qələminə verib. Ötən 20 il ərzində 5 şeirlər külliyyatı, həmmüəllifliyi ilə qəzet, jurnal və internet saytlarında onlarla seçilmiş əsəri dərc olunur. Şeirləri təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da müsbət əks-səda doğurub.xa0
xa0
2006-cı ildə Strelyayevin "Qışqıran ürən”x9d adlı ilk, 2007-ci ildə "Tale yamacında”x9d adlı növbəti kitabı çap olunub. Onun yaradıcılığı Yazıçılar Birliyi tərəfindən gənc və istedadlı şairin dünyaya gəlişi kimi qeyd edilib. 2008-ci il mayın 16-da Qobustanda iki kitabın təqdimatı keçirilib. Tədbirdən yerli telekanallarla yanaşı, "Yeni Azərbaycan”x9d və "Xalq qəzeti”x9d də yazır, "Literaturnıy Azerbaydjan”x9d jurnalında onun şeirləri dərc olunub.
xa0
Strelyayevin əsərlərinin Rusiya, Ukrayna, Moldova, Polşa, Almaniya və İsraildə böyük tələbata malik olduğu bildirilir. Yazıçılar Birliyinin üzvləri isə onun şeirlərinin Sergey Yeseninin poeziyasını xatırlatdığını bildirirlər.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin