Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbləri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.
Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:40 / 31.01.2024
Xuliqanlıqda ittiham olunan tanınmış idmançılar həbs edilib - FOTO
Hazırda oxunan: Xuliqanlıqda ittiham olunan tanınmış idmançılar həbs edilib - FOTO
Hazırda oxunan: Xuliqanlıqda ittiham olunan tanınmış idmançılar həbs edilib - FOTO
175982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.