Nazirlər Kabinetində “Dəmiryol keçidlərinin istismarı Qaydaları" təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Ağstafa marşrutuna sərnişin tələbatı artdı - DAHA BİR QATAR REYSİ
Qərara əsasən, bu Qaydalar ümumi istifadəli dəmiryol nəqliyyatında və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında dəmiryol keçidlərinin təhlükəsiz istismarına dair tələbləri müəyyən edir.
Belə ki, dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara (hərəkət tərkibinə) yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər.
Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını yəqin etməli, “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.
Bizim.Media