Neftçalada dəniz suyu Kürə qarışa bilər – TƏHLÜKƏ/FOTO  

Hazırda oxunan: Neftçalada dəniz suyu Kürə qarışa bilər – TƏHLÜKƏ/FOTO  

175961

Neftçala rayonunda Bala Kürün deltasında suyun təzyiqinə tab gətirməyən suaşıran bəndin sağ sahili uçub. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, son günlər intensiv yağıntıların düşməsi Kür çayında suyun səviyyəsinin artımına təsir göstərib. 

Nəticədə Kür çayının iki qolundan biri - Bala Kürün deltasında qurulmuş suaşıran bənd suyun təzyiqinə tab gətirməyib. Bəndin sağ sahili hissəsində qayalıqlar uçub. Deltanın qarşısı açıldığından Kürdə suyun səviyyəsinin aşağı düşməsi müşahidə olunur. 
Mütəxəssislərin fikrincə, vəziyyət belə davam edərsə, qısa müddətdə dəniz suyu yenidən Kür çayına qarışa bilər. 

Neftçala Rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Bala Kürdə suyun səviyyəsi azalan kimi həmin ərazidə bəndvurma işlərinə başlanılacaq. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin