\'\'Atama haqqımı halal etmirəm\'\' - Qarabağ qazisi 

Hazırda oxunan: \'\'Atama haqqımı halal etmirəm\'\' - Qarabağ qazisi 

17586

Vətən müharibəsi qazisi, müğənni Vüqar Muradov "Bazar düzü" proqramında qonaq olub.

Bizim.Media xəbər verir ki, atası haqqında danışan ifaçı onu tənqid edib:

"Atam dünya gözəli insandır, lakin övladına sevgisini göstərə bilməyib. Elə bilir ki, uşağa qışqırılmalıdır.

Ona görə travmalıyam. Atam kimi ata olmayacağam. Elə ata olacağamsa, atalıq mənə qismət olmasın. Haradasa atam kimi birini görəndə də aqressiv oluram.

Atam elə bilib ki, uşağın başına sığal çəksə, uşaq tərbiyəsiz olacaq. Qonşumuzda Aydın dayı var, oğlunun 37 yaş var. Hələ də balam, övladım deyir.

Bir övlada "balam" sözünü demək bu qədər çətin idi? Həyatda heç nəyə ehtiyacım olmayıb. İndi 68 yaşı var, yenə də ətəyindən o daşı atmayıb. Atama haqqımı halal etmirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin