Samir Nuriyev yeni sədri kollektivə təqdim etdi – FOTO  

Hazırda oxunan: Samir Nuriyev yeni sədri kollektivə təqdim etdi – FOTO  

175765

Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Xanlar Ağalarovu kollektivə təqdim edib. 

Bizim.Media xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Bakı şəhərinin unikal memarlıq xüsusiyyətlərinin bir hissəsi olan Dənizkənarı Milli Parkın paytaxtımızın tarixini və müasir simasını əks etdirən möhtəşəm kompleks, sakinlərimizin və qonaqlarımızın ən çox üz tutduqları gəzinti və istirahət yerlərindən biri olduğunu bildirib. 

S. Nuriyev əlavə edib ki, Prezident İlham Əliyev daim Dənizkənarı Milli Parkın inkişafı məsələlərini diqqət mərkəzində saxlayır. Dövlət başçısının bilavasitə nəzarəti altında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri nəticəsində dünyamiqyaslı mədəniyyət incisinə çevrilmiş Bakı bulvarının ərazisi 215 hektara, uzunluğu isə 16,7 kilometrə çatdırılıb. 
Qeyd edilib ki, Prezident İlham Əliyevin 2008-ci il yanvarın 10-da imzaladığı Fərmanla yaradılmış Dənizkənarı Bulvar İdarəsi Bakı şəhərində yerləşən Milli Parkın mühafizəsini həyata keçirən, onun ərazisinə nəzarət edən və idarə olunması, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən qurumdur. Bu vəzifələrin səmərəli şəkildə icrası üçün daha əzmlə, məsuliyyətlə çalışmağın vacib olduğunu diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına uğurlar arzulayıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin